Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qüdrətli Azərbaycan və Türkiyə iki xalqın qardaşlıq hekayəsidir

Qüdrətli Azərbaycan və Türkiyə iki xalqın qardaşlıq hekayəsidir

Ankara, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı - Respublika Günü qeyd olunur. Artıq 98 ildir ki, qəhrəman türk xalqı bu günü böyük təntənə ilə qeyd edir və Cümhuriyyətin 100 iliyinə böyük inamla hazırlıq işləri görülür.

AZƏRTAC xəbər verir ki, Respublika Günü münasibətilə oktyabrın 29-da Türkiyədə bayram tətili olacaq. Türkiyə Respublikasının banisi, qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi ehtiramla anılacaq, ölkə üzrə təntənəli təbirlər keçiriləcək.

Respublika Gününün qəhrəman türk xalqının öz dövlətçiliyi uğrunda apardığı çətin və şərəfli mübarizənin nəticəsi olaraq qazanılıb.

Birinci Dünya müharibəsində məğlubiyyət anlaşmalarını qəbul etmək məcburiyyətində qalan Osmanlı İmperatorluğunun çökməsi türk xalqını çətin sınaqlar qarşısında qoymuşdu. Belə bir şəraitdə qazi Mustafa Kamal Paşanın ətrafında sıx birləşən türk xalqı milli azadlıq mübarizəsinə qoşulmuş və ardıcıl şəkildə işğalçı düşmənlərin hiylə və təxribatlarını dəf etməkdə idi. Beləliklə, düşmən qüvvələrinin cəbhə xətlərində sıxışdırılması türk xalqının siyasi müqəddəratı üçün yeni şanslar yaratmağa başladı. 1923-cü il oktyabrın 24-də imzalanan Lozanna sülh anlaşması yeni türk dövlətinin müstəqilliyinin qəbul edilməsi ilə nəticələndi. Sonrakı beş gündə Türkiyə Respublikasının qurulması və yeni hökumətin formalaşması üçün bir-birinin ardınca mühüm addımlar atıldı.

Mustafa Kamal Paşa 1923-cü il oktyabrın 28-də Çankaya köşkündə silahdaşları ilə bir araya gələrək süfrə arxasında yeni hökumət barədə müzakirələr apardı. İlk hökumətin qurulması İsmət İnönüyə, Türkiyə Böyük Millət Məclisinə sədrlik isə Fethi Okyara həvalə edilir.

Qəhrəman və mübariz türk xalqı oktyabrın 29-da gecə və ertəsi gün Cümhuriyyətin qurulması barədə elanı coşqu ilə qarşılayıb. Bu təntənə milli birlik mesajı olaraq bir daha türk torpaqlarına diş qıcayaq düşmən qüvvələrinə gözdağı verib. Cümhuriyyətin qurulmasının birinci ildönümü münasibətilə 1924-cü il oktyabrın 26-da toplardan 101 yaylım atəşi açılıb.

1925-ci il aprelin 18-də qəbul edilmiş qanun əsasında 29 oktyabr tarixi Türkiyənin Milli Bayramı - Respublika Günü olaraq qəbul edilir.

Ötən 98 ildə çətin və ağır dövlətçilik yolu keçən Türkiyə hərbi çevrilişlər, siyasi qətllər, terror kabusu kimi amansız düşmənlərə qarşı mətanətlə davam gətirib. Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi Türkiyə Respublikasının dövlətçilik tarixində yeni üfüqlər açıb. Müstəqilliyin bərpasının ilk illərində Ermənistanın əsassız torpaq iddiaları yaranan müharibə Türkiyə-Azərbaycan münasibətlərindəki inkişaf strategiyasını uzun illər əngəlləyib. Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı mənfur planları pozdu. Ulu Öndərimizin böyük qətiyyəti ilə Azərbaycanın parçalanması, dövlətimiz üçün yaranmış real təhlükələr aradan qaldırıldı.

İftixar edirik ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf siyasəti Azərbaycanın və Türkiyənin birgə yüksəliş strategiyasına çevrilib. Hazırda dünya ölkələrində enerji böhranı yaşandığı bir vaxtda qardaş Türkiyə enerji məhsullarının tranzit nəqletmə mərkəzi kimi tanınır və qəbul edilir. Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq səviyyəli layihələr həlledici gücə malikdir. Azərbaycanın karbohidrogen ehtiyatlarının Türkiyə üzərindən Avropaya nəqli iki qardaş ölkə üçün özünəməxsus iqtisadi-siyasi üstünlüklər yaradıb.

...Ermənistanın təcavüzkar siyasəti və mövcud işğal illər uzunu Azərbaycan və Türkiyə üçün ciddi maneəyə çevrilsə də, iki qardaş ölkənin birgə inkişaf strategiyası müəyyən edilmiş hədəflərə çatıb və yeni-yeni perspektivli layihələrə təməl yaradıb. Ermənistanın hərbi təxribatları səbəbindən ötən il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsinin rəşadətli nəticəsi isə qeyd etdiyimiz inkişaf strategiyasına yeni bir stimul verib. Bəli, Türkiyə Respublikasının milli bayramı - Respublika Günü ərəfəsində Azərbaycana edilən tarixi səfər özündə bir sıra mənəvi dəyərləri ehtiva edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu səfəri Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı, iki liderin görüşləri və Şərqi Zəngəzurdan dünyaya verdikləri mesajlar, ali qonağa göstərilən yüksək diqqət və qonaqpərvərlik bir daha beynəlxalq ictimaiyyətə, eləcə də əsrlər boyu öz irqçiliklərinin qurbanına çevrilən məzlum ermənilərə nümayiş etdirdi ki, iki qardaş ölkənin həmrəyliyi və əməkdaşlığı sülhə, sabitliyə, inkişaf və tərəqqiyə xidmət edir. Günümüzün gerçəkləri təsdiq edir ki, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün söylədiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!”, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət!” kəlamları nəsillərə örnək olan real həyat hekayələridir. Ulu öndərlərin rəhbərliyi ilə həyata keçirilən həyat hekayələrinin real nəticəsi bugünkü güclü və qüvvətli Azərbaycan-Türkiyə qardaşlığıdır. Azərbaycan Prezidenti İlham Əliyevin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, eləcə də dövlət başçılarının liderlik xüsusiyyətlərindəki oxşar cəhətlər, o cümlədən qətiyyət, qərarlılıq və sarsılmaz siyasi iradənin yaratdığı real nəticələr iki doğma xalqın milli sərvətinə çevrilib.

Məqalənin sonunda böyük məmnuniyyətlə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanlandığı 26 oktyabr 2021-ci il tarixli təbrik məktubundan mühüm bir məqamla tamamlamaq istərdik. Məktubda yazılır: “Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz gündən-günə genişlənməkdə və yeni məzmunla zənginləşməkdədir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb