Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qulam İshaqzai: Azərbaycan Prezidentinin dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir

Bakıda “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakı, 22 sentyabr, AZƏRTAC

Mən dayanıqlı inkişaf üçün Azərbaycan Prezidentinin göstərdiyi səyləri alqışlayıram. Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu şura yüksək səviyyəli hesabat hazırlayıb. Şadıq ki, hesabatda əsas mesajlardan biri gender bərabərliyi idi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın 22-də Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda beynəlxalq konfransda BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai tərəfindən səsləndirilib.

Milli Məclisin (MM), Avronest Parlament Assambleyasının (PA) sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyətləri komitəsinin, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən konfransı açan MM-in gənclər və idman komitəsinin sədri Fuad Muradov tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri, qarşıya çıxan problemlər ətrafında çıxışlar və müzakirələr nəzərdə tutulur. F.Muradov qeyd edib ki, Ermənistan 25 ildir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Bu inkişafımıza mane olan səbəblərdəndir. Bir milyon insan qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadınlar təşkil edir. Bizim istəyimiz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində hər bir təşkilatın öz vəzifəsini yerinə yetirməsidir.

Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışan Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə bu sahədə qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində xeyli işlər görülüb. Azərbaycanın müvafiq təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Beynəlxalq əməkdaşlığa önəm verən ölkəmiz bütün sahələrdə çox məsuliyyətli tərəfdaş olduğunu sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qərarların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. “Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm verilir. Bu sahədə niyyətlər, yeridilən siyasət əhəmiyyət kəsb etdiyi kimi, təcrübənin də əhəmiyyəti az deyil. Bu baxımdan düşünürəm ki, təcrübələrin bölüşdürülməsi, dayanıqlı inkişafın daha yüksək səviyyədə olmasına əngəl törədən problemlərin araşdırılması və həlli yollarının tapılması üçün konfrans xüsusi əhəmiyyətə malik olacaq”, - deyə Bahar Muradova əlavə edib.

Dayanıqlı inkişaf məqsədlərində gender bərabərliyinin mühüm amillərdən biri olduğunu söyləyən Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycan neft ölkəsidir, zəngin təbii resursları var. Lakin ölkəmizdə əsas resurs insan amilidir. Məhz bunu nəzərə alaraq, bu sahədə bir sıra proqramlar həyata keçirilib və konkret nəticələr əldə olunub. Dövlətimizin başçısı tərəfindən dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair mühüm qərarlar qəbul edilib, qadın sahibkarlığı, gender bərabərliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı mühüm qanunvericilik bazası var və onun nəticələri də görünməkdədir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi sahələrində qazanılan nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyi sayəsində əldə olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizdə gender bərabərliyi məsələlərini daim diqqət mərkəzində saxlayırlar. Ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini, kişi və qadınlar arasında hüquq bərabərliyi prinsipinin qorunduğunu qeyd edən M.İbrahimqızı zərif cinsin nümayəndələrinin ailədə, təhsildə, səhiyyədə, mədəniyyətdə, dövlət idarəçiliyində, qanun və qərarların qəbulunda, hətta idman hərəkatında yüksək nailiyyətlər qazandıqlarını deyib.

Gender bərabərliyi insan hüquqlarının təmin edilməsində əsas şərtlərdən biridir. Bu barədə danışan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, Azərbaycanda bu sahədə görülən işlər ölkəmizdə gender məsələsinə göstərilən diqqətin təzahürüdür. Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır. Azərbaycan və Aİ bir çox sahədə ümumi maraq kəsb edən və qarşılıqlı faydalara əsaslanan əməkdaşlıq edir. Hazırda əməkdaşlığa dair aparılan intensiv danışıqların yekunlaşması hər iki tərəfin maraqlarına uyğun yeni siyasi hüquqi çərçivəsinin yaranmasına xidmət edəcək.

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlər və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bu sahədə əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdığını göstərir. Avropa İttifaqı Şərq Tərəfdaşlarının gələcəyi münaqişə bölgələrində sülh və sabitliyin bərqərar olmasından asılıdır. Bu təşkilata üzv ölkələrdən olan Ermənistan Azərbaycan torpaqlarının beşdəbirini işğal edib. İşğal olunmuş ərazilərdə sərvətlərimiz talan edilir, tarixi və mədəni abidələrimiz, məscidlər dağıdılır. Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır. Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdır. Əks halda, bunun ağır nəticələri ilə qarşılaşacaqlar. Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə səfərini təşkil etməklə Ermənistan onları öz avantüralarına cəlb etmək istəyir. Artıq bu siyasət iflasa uğrayıb. Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman qəbul etməyəcək. Aİ işğalçıya qarşı münasibətdə ortaya qəti mövqe qoymalı və onu təcavüzkar siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionun sosial tərəqqisinə, iqtisadi inkişafına təkan verəcək. Azərbaycan münaqişənin tezliklə həllində maraqlıdır. Ümid edirik ki, bizim mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək” - deyə X.Xələfov vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədləri ötən 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015-ci illər) əsasında yaradılıb. Bu müddət ərzində bir çox hədəflər üzrə nailiyyətlər əldə olunub. Ölkəmizdə mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, savadlılıq demək olar yüz faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edən H.Hüseynova deyib: “Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr bu siyasətin daha da güclənməsinə böyük töhfədir. Azərbaycan Hökuməti ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim diqqətdə saxlayır. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspertizası aparılıb. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Komitə tərəfindən “Məişət Zorakılığı üzrə” Məlumat Bankı yaradılıb. Eyni zamanda, BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı ikiillik layihəyə start vermişik. Layihə çərçivəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması sahəsində bir sıra görüşlər keçirilib, müvafiq sənədlər hazırlanıb. Biz Azərbaycanda 5-ci məqsəd üzrə hədəflərə nail olmaq üçün böyük işlər aparırıq. Xüsusilə qadınların iqtisadi resurslara, informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin olunması, gender əsaslı zorakılığın aradan qaldırılması sahəsində işləri daha da gücləndirmişik”.

Azərbaycanda ilk dəfə 1918-ci ildə qadınlara səsvermə hüququ verildiyini xatırladan BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, milli qanunvericilikdə bütün növ bərabərlik təmin edilir. Azərbaycan, həmçinin “Ayrı-seçkiliklərin aradan qaldırılması” Konvensiyasına qoşulub. Qadınlara qarşı zorakılığın və iş yerlərində gender bərabərsizliyinin aradan qaldırılması üçün daha çox iş görülməsinin vacibliyini diqqətə çatdıran Q.İshaqzai əlavə edib ki, qadınlar təhsilə çıxışda, iqtisadi qərarların verilməsində daha aktiv iştirak etməlidirlər. Azərbaycan gender bərabərliyi sahəsində xeyli irəliləyişlərə nail olub. Ölkə qanunvericiliyi qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına imkan verir.

Rezident Əlaqələndirici, həmçinin qeyd edib ki, heç bir qadın, uşaq diqqətdən kənarda qalmamalıdır. “Çox istərdik ki, hökumətlər, parlamentlər insanların ehtiyaclarına cavab verən, siyasi məfkurədən uzaq qanunların qəbul edilməsində birgə fəaliyyət göstərsinlər. Əsl dəyişikliyə nail olmaq üçün gender bərabərliyi diqqətdə saxlanılmalıdır. Mən dayanıqlı inkişaf üçün Azərbaycan Prezidentinin göstərdiyi səyləri alqışlayıram. Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu şura yüksək səviyyəli hesabat hazırlayıb. Şadıq ki, Azərbaycanın hesabatında əsas mesajlardan biri gender bərabərliyi idi”, - deyə Qulam İshaqzai vurğulayıb.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestitus Yankauskas, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin sədri Sacad Kərim, Bosniya-Herseqovina parlamentinin deputatı, Əhali və inkişaf üzrə Avropa Parlament Forumunun vitse-prezidenti Nermina Kapitanoviç, Parlamentlərarası İttifaqın təmsilçisi Laşlo Borbeli və başqaları çıxış edərək ölkəmizin milli qanunvericiliyində bütün növ bərabərliyin təmin edilməsini məmnunluqla vurğulayıblar.

Fasilədən sonra tədbir sessiyalar üzrə davam etdirilib. “Şərq tərəfdaşlığı ölkələrində qadın sağlamlığı və gender bərabərliyi siyasətlərinin tətbiqində əldə edilən uğur və çətinliklər” mövzusunda birinci sessiyanı Avropa Parlamentinin üzvü Haidi Hautala təqdim edib. Sonra “Parlamentlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığına nail olunmasında məsuliyyət, təcrübə və fəaliyyətlər” mövzusunda sessiyada çıxışçılar qadın hüquqlarının və sağlamlığının yaxşılaşdırılmasına yönəlik layihələrdən danışıblar. Sessiyanın sonunda bu sahədə dünya ölkələri təcrübəsinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.

BMT-nin Dayanıqlı inkişaf məqsədləri üçün parlamentarilərin fəaliyyətini gücləndirmək perspektivləri mövzusunda sessiyada çıxışçılar qadın sağlamlığı və gender bərabərliyi problemlərinin həlli yollarını müəyyən etməklə əlaqədar təəssüratlarını bölüşüblər.

Tədbir çərçivəsində keçirilən sessiyaların gedişində Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Ziyad Səmədzadə, Aqiyə Naxçıvanlı çıxış edərək gender bərabərliyinin təmin edilməsində dövlət büdcəsinin rolu, dövlət və özəl sektorların əməkdaşlığı, ailələr arasında bu sahədə maarifləndirmənin gücləndirilməsi məsələlərindən danışıblar. Bildirilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra parlamentdə qadın hüquqları ilə bağlı 72 qanun qəbul edilib ki, bunlardan ikisi dünyada model qanun olaraq qəbul edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib