Qurban Qurbanov: “Qarabağ” mənim ikinci, bəlkə də birinci evimdir
Bakı, 20 oktyabr, AZƏRTAC
“Qarabağ”dan ayrılmaq və daha böyük kluba getmək kimi fikrim yoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
Mütəxəssis Ağdam klubu ilə arasında xüsusi bağ olduğunu söyləyib: “Bura mənim ikinci, bəlkə də birinci evimdir. Çünki burada öz evimdən daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey mümkündür. Klubda və ya sistemdə dəyişikliklər baş verə bilər. Hazırda “Qarabağ”dan ayrılmaq fikrim yoxdur. Bu komanda ilə ildən-ilə daha möhkəm olmaq və uğurlu nəticələr əldə etmək istəyirəm”.
Qeyd edək ki, “Qarabağ” oktyabrın 22-də UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi III tur çərçivəsində İspaniyada “Atletik”in qonağı olacaq. “San Mames” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]