QUŞ QRİPİ İLƏ MÜBARİZƏYƏ 1 MİLYARD DOLLAR AYRILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı Cenevrədə quş qripi epidemiyası ilə mübarizəyə həsr olunmuş konfrans keçirmişdir. Dünya Bankının, Asiya İnkişaf Bankının və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin, həmçinin digər sahələrin 400 eksperti konfransda iştirak etmişdir. Dünya ictimaiyyətinin üzləşdiyi bu problemin getdikcə qorxulu vəziyyət aldığı, Asiya ilə yanaşı, artıq bir çox Avropa ölkələrində də insanların sağlamlığı üçün ciddi təhlükə yarandığı, kasıb dövlətlərin bu epidemiya ilə mübarizəyə imkanları olmadığı qeyd edilmiş, bu təhlükənin aradan qaldırılması və ona qarşı dərman preparatları hazırlanması üçün lazım olan vəsaitin toplanması üçün inkişaf etmiş varlı ölkələrə müraciətlər edilmişdir.
2006-2008-ci illərdə quş qripinin qarşısının alınması proqramını maliyyələşdirmək üçün Dünya Bankı 500, Asiya İnkişaf Bankı 470 və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyi 30 milyon dollar ayırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]