Qusarda Qarabağ əlilləri, şəhid ailələri və kimsəsiz vətəndaşlara ərzaq yardımı edilib
Qusar, 12 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusar şəhərində yaşayan 25 Qarabağ əlili və şəhid ailəsinə həmçinin 75 kimsəsiz vətəndaşa ərzaq yardımı edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin şəraitində yaşayan ailələrə edilən yardım kampaniyası Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayonda fəaliyyət göstərən “Rus-Azeri Spirts MMC-nin maliyyə dəstəyi ilə həyata keçirilib.
Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlıqlarını bildiriblər.