Qusarın Laza kəndində yeni körpü istifadəyə verilib
Xaçmaz, 4 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusarın Laza kəndində yeni körpü inşa edilərək, sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, körpü ötən ilin avqust ayında güclü yağışlar nəticəsində yaranan sel nəticəsində dağılmışdı.
Yeni körpü Qusar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında, “Körpü-Bina-Tikinti” MMC tərəfindən inşa edilib.
Körpü nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edir.