Quterreş dünya birliyini səhiyyədə yeni fövqəladə vəziyyətlərə hazır olmağa çağırıb
Bakı, 24 may, AZƏRTAC
BMT-nin Baş katibi Antonio Quterreş dünya birliyinə müraciətlə koronavirus əleyhinə vaksinin bərabər dərəcədə əlçatan olmasının təmin edilməsi üzrə təcili qlobal plan işləyib hazırlamağa və qlobal səhiyyədə yeni fövqəladə vəziyyətlərə hazır olmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, A.Quterreş bu gün Cenevrədə işə başlamış 74-cü Ümumdünya Səhiyyə Assambleyasının iştirakçılarına videomüraciətində beynəlxalq əməkdaşlıq və gələcək üçün həmrəylik çərçivəsini yaratmağın zəruri olduğunu bildirib.
“Biz səhiyyə sahəsində növbəti fövqəladə vəziyyətə hazırlaşmalıyıq”, - deyən Quterreş vurğulayıb: “Mövcud sistemin bütün hökumətlərin və cəmiyyətlərin iştirakı ilə koordinasiya edilmiş beynəlxalq plan əsasında transformasiya edilməsi üçün ən yüksək səviyyədə siyasi öhdəliklər götürülməlidir”.
Mayın 24-dən iyunun 1-dək davam edəcək 74-cü Ümumdünya Səhiyyə Assambleyasında koronavirus pandemiyasına qarşı mübarizə və yeni fövqəladə vəziyyətlərin qarşısının alınması məsələlərinə xüsusi diqqət yetiriləcək. ÜST-nin bu dəfə onlayn formatda keçirilən əsas illik forumunda 194 dövlətin nümayəndələri iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]