RABİTƏÇİLƏR 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNİ YAD EDƏCƏKLƏR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, tədbirlər planı hazırlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bütün rabitə müəssisələrində 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimləri keçiriləcəkdir. Ümumxalq hüzn günü rabitəçilər Şəhidlər xiyabanına gedərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın məzarlarını ziyarət edəcəklər. Faciə qurbanı olmuş dörd rabitəçinin ailələrinə maddi yardım göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]