“Ramştayn” qrupunda ukraynalı pilotlara F-16-ların təlimi müzakirə edilib
Kiyev, 26 may, AZƏRTAC
Ukraynanın müttəfiqləri və tərəfdaşları F-16 da daxil olmaqla dördüncü nəsil təyyarələrdə ukraynalı pilotlara təlim keçmək planlarını açıqlayıblar. Növbəti həftələrdə müvafiq təlim infrastrukturu hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının görüşündə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyanatla çıxış edib.
"Bu gün müttəfiqlər və tərəfdaşlar F-16 da daxil olmaqla dördüncü nəsil təyyarələrdə ukraynalı pilotlara təlim keçmək planlarını açıqlayıblar. Bu təlimlər təmas qrupunun koordinasiyası üçün vacibdir", - deyə Ostin əlavə edib.
Ostin ukraynalı pilotların hazırlanması sahəsində koalisiyaya rəhbərlik edən Danimarka və Niderlanda xüsusi təşəkkür edib. Önümüzdəki həftələrdə Danimarka, Niderland bu layihəyə qoşulmağa razılıq verən Norveç, Polşa, Belçika, Portuqaliya kimi digər tərəfdaşlarla əməkdaşlıq edəcəklər.
"Biz başqalarının da bu mühüm missiyaya qoşulmasını səbirsizliklə gözləyirik. İndi bu pilot təliminin başlanması Ukraynaya dəstək verməyə sədaqətin mühüm nümunəsidir. Yaxın həftələrdə təlim infrastrukturu inkişaf etdiriləcək", - deyə ABŞ müdafiə naziri əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]