Rapid və blits üzrə dünya çempionatında iştirakçıların sayı artıb
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 25-də Sankt-Peterburqda start götürəcək rapid və blits üzrə dünya çempionatında iştirakçıların sayı artıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 30-dək davam edəcək çempionatda kişilər arasında rapid yarışında 200 şahmatçı, o cümlədən 143 qrossmeyster mübarizə aparacaq. Qadınların yarışında 119 nəfər iştirak edəcək ki, onların da 68-i qrossmeysterdir. Blits turnirində isə 202 kişi şahmatçı mübarizəyə qoşulacaq. Onlardan 144-ü qrossmeysterdir. Bu turnirdə 121 qadın şahmatçı (69 qrossmeyster) qalib adı uğrunda yarışacaq.
Çempionatın keçirildiyi günlərdə müxtəlif kütləvi tədbirlər təşkil olunacaq. Dekabrın 26-da dünya çempionatının şərhçiləri tərəfindən seanslar veriləcək, Şahmat Muzeyinin sərgisi və Oleg Pervakovun atelyesinə ekskursiya təşkil ediləcək. Dekabrın 27-də uşaqlar üçün blits turniri və şahmat bəstələrinin həlli müsabiqəsinin, 28-də uşaqlar və veteranlar üçün sürətli şahmat, viktorinaların təşkili nəzərdə tutulub. Dekabrın 29-da sürətli şahmat, 30-da isə blits üzrə açıq turnirlər keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]