“Real Madrid” Joze Mourinyonu baş məşqçi vəzifəsinə dəvət etməyə hazırdır
Bakı, 20 dekabr, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubu Joze Mourinyonu baş məşqçi vəzifəsinə dəvət etməyə hazırdır.
AZƏRTAC İspaniyanın “El Pais” qəzetinə istinadən xəbər verir ki, “Real” klubu iyulun 1-dən sonra portuqaliyalı mütəxəssis ilə müqavilə bağlamağı planlaşdırır. Buna səbəb isə Madrid təmsilçisinin İngiltərənin “Mançester Yunayted” komandasına 5 milyon avro məbləğində təzminat ödəmək istəməməsidir. İspan klubu portuqaliyalı məşqçiyə ildə 20 milyon avro maaş verməyə hazırdır. Bundan əlavə, oyunçuların satılması və alınması üçün bütün səlahiyyətlər, heyətin gücləndirilməsi Mourinyoya həvalə olunacaq.
Qeyd edək ki, Mourinyo 2010-cu ildən 2013-cü ilədək “Real Madrid”ə rəhbərlik edib. İspan klubu ilə birlikdə İspaniya çempionu (2012-ci ildə), Kral Kubokunun qalibi (2011-ci il) və ölkə Super kubokunu (2012-ci il) qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]