“Real Madrid”in hücumçusu Vinisius Juniordan maraqlı paylaşım
Bakı, 27 yanvar, AZƏRTAC
“Real Madrid”in hücumçusu Vinisius Junior İspaniya Kral Kubokunun dörddəbir final mərhələsi çərçivəsində “Atletiko”ya qarşı matçdan sonra maraqlı paylaşım ilə diqqət çəkib.
AZƏRTAC xəbər verir ki, braziliyalı futbolçu tviter hesabında bu sözləri yazıb: “Madridi təmsil edən yalnız bir klub var. Bunu hamımız bilirik”.
Vinisius bu addımı ötən gün “Atletiko” azarkeşlərinin səsləndirdiyi “Madrid “Real Madrid”ə nifrət edir” şüarına cavab olaraq atıb.
Qeyd edək ki, “Real Madrid” Kral Kuboku matçında “Atletiko”nu 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Vinisius matçda üçüncü qolun müəllifi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]