Rəcəb Tayyib Ərdoğan: Millətimizin tarixinə, mədəniyyətinə, dəyərlərinə qarşı çıxanların məqsədlərini heç vaxt unutmayacağıq
İstanbul, 12 sentyabr, AZƏRTAC
Millətimizin tarixinə, mədəniyyətinə, dəyərlərinə və inanclarına qarşı çıxanların məqsəd və üsullarını heç vaxt unutmayacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1980-ci il sentyabrın 12-də Türkiyə ərazisində baş vermiş hərbi çevrilişin 40-cı ildönümü münasibətilə Demokratiya və Azadlıqlar Adasında keçirilən “Qəyyumluqdan demokratiyaya milli iradə” adlı simpoziumda çıxışı zamanı bildirib.
12 sentyabr çevrilişinin bir ssenari əsasında həyata keçirildiyini qeyd edən Rəcəb Tayyib Ərdoğan Türkiyə xalqının 15 iyul hadisələri zamanı bunun layiqli cavabını verdiyini deyib. “Hər bir çevriliş əvvəlkilərin çatışmazlıqlarını və uğursuzluqlarını tamamlamaq məqsədilə həyata keçirilir. Demokratiya qarşısındakı maneələri bir-bir təmizlədik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]