“Region gənclərinin Karyera Qış Məktəbi” adlı layihənin təqdimatı olub
Bakı, 28 yanvar, AZƏRTAC
“Gəncliyə Dəstək” İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin Karyera Qış Məktəbi” adlı layihənin təqdimatını Zərdab şəhər Heydər Əliyev Mərkəzində həyata keçirib.
İB-dən AZƏRTAC-a bildirilib ki, təqdimatda gənclər, məktəbli və müəllimlər iştirak ediblər.
Təşkilatın sədri Vəfa Xəlilli təşkilat və layihə, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib.
Təqdimatda çıxış edənlər layihənin önəmindən danışıblar.
Layihənin məqsədi region gənclərinin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.
Təqdimat iştirakçılarına materiallar paylanılıb.
Qeyd edək ki, layihənin növbəti mərhələsində Göyçay şəhərində Zərdab və Ucar gənclərinin iştirakı ilə Karyera Qış Məktəbi təşkil olunacaq.