Region müəllimləri və metodik kabinet əməkdaşları üçün təlimlər davam edir
Bakı, 14 oktyabr, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi region müəllimləri və metodik kabinet əməkdaşları üçün “Səmərəli öyrədici mühitin qurulması” və “Müasir məzmun və formalı dərsdənkənar işin təşkili” adlı onlayn təlimləri davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlər 30 region və hər bir region üzrə 25 məktəbin müəllimləri üçün keçirilir.