Azərbaycan Dövlət İnformasiya Agentliyi

Regionda sabitliyin pozulması məsələsində Ermənistan tək deyil - ŞƏRH

Regionda sabitliyin pozulması məsələsində Ermənistan tək deyil -  ŞƏRH

Bakı, 8 sentyabr, AZƏRTAC

Ermənistanın ötən ilin sentyabr ayında törətdiyi genişmiqyaslı təxribatları fonunda son günlər mütəmadi şəkildə atəşkəsi pozması faktiki olaraq danışıqları dalana dirəyib. Paralel olaraq Ermənistanın təxribatları siyasi müstəvidə də pik həddə çatıb. Baxmayaraq ki, ABŞ-ın və Avropa İttifaqının (Aİ) görüş təşəbbüsləri və mövcud razılaşmaları Ermənistan tərəfindən hər zaman sabotaj olunub. Ancaq ümumi bir tendensiya belə idi ki, hərbi təxribatlar daha öncə iki ölkə başçılarının və ya XİN rəhbərlərinin görüşləri öncəsi və müzakirələri nəzərdə tutulan günlər həyata keçirilirdi. Son həftələr isə Ermənistan aktiv tərzdə, demək olar ki, hər gün hərbi təxribata əl atır. Buna paralel olaraq isə erməni lobbisi bütün dünyada ölkəmiz əleyhinə informasiya müharibəsini genişləndirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri, politoloq Yeganə Hacıyeva söyləyib.

Politoloqun sözlərinə görə, “Xankəndidə çətin humanitar vəziyyət”, “blokada”, yalançı soyqırımı kimi informasiya təxribatları, dezinformasiyalar erməni lobbisi və havadarları tərəfindən ABŞ-ın və Avropanın qlobal yayım təsisatlarından bütün dünyaya tirajlanır. Bu gün Qərb media təsisatları Ermənistanın yalançı blokada və soyqırımı tezisləri ilə medianın geniş alətlərindən və ictimai institutların imkanlarından istifadə edərək iki ölkə arasında düşmənçiliyin qızışdırılmasında iştirak edirlər. Artıq bir neçə aydır davam edən bu qlobal yalan təbliğatı sovetlər dövründə soyuq müharibənin bütün elementlərini özündə cəmləyərək hərbi məqsədlərə xidmət edən xüsusiyyətlərə malikdir. İstər rəsmi İrəvanın, istərsə də erməni lobbisinin və havadarlarının Qərb mediasında məqsədyönlü formada yalan məlumatlar yayması mərkəzləşdirilmiş şəkildə həyata keçirilən informasiya təxribatıdır.

“Diplomatik təzyiqlər haqqında danışırıqsa, Azərbaycan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini yaratmaqla öz sərhədlərinə nəzarəti gücləndirdi və erməni təxribatlarının qarşısını aldı. Ölkəmizin bu fəaliyyətini əhəmiyyətsiz göstərmək üçün Ermənistan və havadarları “humanitar yük” adı ilə Azərbaycanın suveren ərazisinə TIR karvanları göndərərək öz məqsədlərinə çatmaq istəyirlər. Bundan əlavə, Ermənistan rəsmiləri və onların Fransa kimi havadarları belə diplomatik təxribatlarla prosesi erməni maraqları naminə dəyişilə biləcəyi mesajlarını səsləndirirlər. Bunu ona görə diplomatik təxribat adlandırırıq ki, diplomatiya başqa ölkədəki həmkara istiqamətlənmiş və proseslərin həllinə hədəflənmiş rabitədir. Lakin nümunə üçün Fransanın addımları prosesin həllinə töhfə verəcək addımlar deyil, erməni ictimaiyyətinin ideoloji ruhlanmasına ünvanlanan monoloqlardır.

Azərbaycanın cavab reaksiyasına hesablanan bu hərbi təxribatlar isə qısamüddətli və uzunmüddətli məqsədlərə hesablanıb. Bu cür təxribatlarla göstərməyə çalışılır ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Orta Dəhlizlə bağlı təklifləri aktual deyil və regionda təhlükə mövcuddur. Şimal-Cənub nəqliyyat dəhlizi isə Rusiya-Ukrayna müharibəsi, eyni zamanda, İranın nüvə ambisiyaları və son dövrlər qonşularına münasibətində təcavüz siyasətinin nəticəsi olaraq arzuolunmazdır. Bu halda isə Cənubi Qafqazdan keçən və Azərbaycanın regionun stabilliyi üçün formalaşdırdığı Orta Dəhliz təklifi xüsusilə diqqəti çəkir. Bütün bunların fonunda artıq Cənubi Qafqazda sabitlik sadəcə regionun yox, bütövlükdə Avrasiyanın təhlükəsizliyinin vacib elementi kimi qəbul edilə bilər”, - deyə Y.Hacıyeva vurğulayıb.

O əlavə edib ki, regionda sabitliyin pozulması məsələsində Ermənistan tək deyil, proseslərin gözlə görünən və görünməyən oyunçuları var. Bütün bunları nəzərə alan Azərbaycan daxildə və sərhəd bölgəsində təhlükəsizliyi təmin etmək üçün lazımi addımları atır. Bu da ölkəmizin beynəlxalq hüquqla təsbit olunmuş legitim haqqıdır. Ona görə də Ermənistanın istənilən hərbi təxribatlarının, törətdiyi eskalasiyalarının cavabı adekvat şəkildə verilir və veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib