Rəna Nəsirova-Mustafayeva: Bu gün səhnəmizin ifaçıları bizim istedadlı uşaqlarımızdır VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balacaları təbrik edirik. Hər bayram olduğu kimi bu bayram da İçərişəhərdə böyük sevinc və çoşqu ilə qeyd olunur. Şəhərin hər bir guşəsində uşaqların sevinc dolu səsləri gəlir. Bu gün səhnəmizin ifaçıları bizim istedadlı uşaqlarımızdır.
Bunu AZƏRTAC-a açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva deyib.
"Axşam saatlarına qədər İçərişəhərdə master-klaslar, ustad dərsləri, musiqili fləşmoblar, qalereyalarda rəsm sərgiləri və sair keçiriləcək. Bununla yanaşı, Respublika Diaqnostika Mərkəzinin təşəbbüsü ilə İçərişəhər sakinlərinin və ziyarətçilərin övladları üçün tibbi “check-up” müayinələri aparılacaq”, - deyə R.Nəsirova-Mustafayeva bildirib.