“Rəqəmsal bacarıqlar” layihəsi 300 mindən çox şagirdi əhatə edib
Bakı, 13 iyun, AZƏRTAC
2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 48 region üzrə 418 məktəbdə 300 mindən çox şagirdi əhatə edib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2022-2023-cü tədris ilindən etibarən 23 məktəbdə rəqəmsal bacarıqlar təmayüllü siniflər yaradılıb. Həmin siniflərdə 700-dən çox şagird təhsil alıb və onlara həftədə 5 saat olmaqla informatika fənni tədris edilməyə başlanılıb.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində bu layihə 250 məktəbdə 190 mindən çox şagirdi əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:30]