Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir VİDEO

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda həyata keçirilən “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) konfransının açılış mərasimi keçirilib.

Mərasimdə dövlət agentliyinin sədri Ülvi Mehdiyev, Avropa Şurasının İnformasiya Cəmiyyəti və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin direktoru Yan Kleyssen və EHİM-in direktoru Fariz Cəfərov iştirak ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin əhəmiyyətini vurğulayan Ülvi Mehdiyev süni intellektin idarəetmədə perspektivindən, Azərbaycanda süni intellektin ayrı-ayrı komponentlərinin müxtəlif sahələrdə tətbiqindən, “ASAN xidmət” olaraq yeni nəsil dövlət xidmətlərinə keçiddən danışıb. Bildirib ki, süni intellektin dövlət xidmətlərində tətbiqi vətəndaşlara xidmətlərin göstərilməsində həlledici rol oynayır. Dövlət agentliyinin sədri, həmçinin ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş rayonlarda həyata keçiriləcək “Smart City” layihəsinin əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, bu, xüsusən də vətəndaşların rifahının yaxşılaşdırılması, xidmətlərin daha əlçatan, şəffaf təşkili baxımından Azərbaycan dövlətinin niyyətini nümayiş etdirir.

EHİM-in direktoru Fariz Cəfərov tədbirin əsas məqsədinin süni intellekt üzrə beynəlxalq təcrübənin öyrənilməsi, süni intellekt üzrə qlobal biliklərin və strategiyaların yerli ekosistemə uyğunlaşdırılması, cəmiyyətdə süni intellekt həllərinin tətbiqinin təşviqatı olduğunu bildirib. O qeyd edib ki, elektron hökumətin inkişafında süni intellekt və digər inkişafda olan texnologiyaların tətbiqi vətəndaş məmnuniyyətinin təmin olunması üçün önəmlidir.

“Rəqəmsal idarəetmədə süni intellekt” konfransı dünya şöhrətli alim Lütfi Zadənin əziz xatirəsinə həsr olunur.

Süni intellekt üzrə Azərbaycanda ilk konfrans olan “AIFORDIGIGOV” “PAŞA Holdinq”, Azərbaycan Beynəlxalq Bankı, “BesComp” və BP şirkətlərinin maliyyə dəstəyi ilə reallaşdırılır. Konfransda Azərbaycan, Türkiyə, Böyük Britaniya, Kanada, ABŞ, Estoniya, Koreya, Almaniya, Sinqapur, İtaliya və s. olmaqla, ümumilikdə 22 ölkədən 56 spiker çıxış edir.

Konfransda iştirak üçün Azərbaycandan 1200-dən çox insan tədbirin rəsmi veb-səhifəsi üzərindən qeydiyyatdan keçib. Beynəlxalq tədbir, həmçinin Avropa Şurası Süni İntellekt üzrə Komitəyə üzv ölkələr tərəfindən böyük maraqla qarşılanıb.

Konfransın ilk günündə süni intellektin transformativ gücü, süni intellekt və rəqəmsal idarəetmə, süni intellekt və dövlət xidmətləri, süni intellekt və gələcək mövzularında müzakirə və s. sessiyalar keçirilib. Qeyd edilən mövzularda Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç, Böyük Britaniyada Beynəlxalq Hökumət Xidmətinin baş direktoru və Rəqəmsal Səfir Kevin Kanninqton, ABŞ-ın “Christian Care” şirkətinin Rəqəmsallıq və İnformasiya Ofisinin direktoru Rendi Gaboriolt, italiyalı tədqiqatçı Cianluca Misuraka, Finlandiya Maliyyə Nazirliyinin Rəqəmsallaşma üzrə xüsusi məsləhətçisi Aleksi Kopponen və digərləri çıxış ediblər.

Aprelin 27-də, yəni konfransın ikinci günündə süni intellektin etikası, süni intellekt üzrə dövlət strategiyaları, süni intellekt və fintek, “süni intellekt hər kəsin xeyri naminə” mövzularında müzakirə və sessiyalar keçiriləcək.

Aprelin 28-də - tədbirin sonuncu günündə səhiyyənin süni intellektlə transformasiyası, süni intellekt və cəmiyyət mövzularında müzakirələr təşkil olunacaq.

Konfrans çərçivəsində, həmçinin “Kaggle” platforması üzərindən müəyyən məsələnin həll olunması üzrə data müsabiqəsi keçiriləcək. Data müsabiqəsinə qatılmaq üçün 185 komanda qeydiyyatdan keçib. Aprelin 26-27-də data müsabiqəsinin iştirakçıları üçün EHİM tərəfindən təlim - vorkşoplar nəzərdə tutulub.

Qeyd edək ki, Yarışmanın baş tutacağı “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. 5 milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edən bu platforma vasitəsilə müxtəlif fəaliyyət sahələrindən irimiqyaslı və böyük təsir dairəsinə malik data əsaslı məsələlər komanda və ya fərdi şəkildə iştirak edən yarışmaçılar tərəfindən həll edilməyə çalışılır. Konfrans çərçivəsində data müsabiqənin qalibləri pul mükafatları ilə təltif olunacaqlar.

“AIFORDIGIGOV” beynəlxalq konfransının əsas məqsədi rəqəmsal idarəetmə ilə bağlı Azərbaycanda süni intellekt əsaslı texnologiyaların tətbiqinin sürətləndirilməsi, dünya ölkələri təcrübələri ilə tanışlıq, bu istiqamətdə yeni çağırışlar və gələcəyə baxışların müəyyən olunması, süni intellekt ekosistemi haqqında cəmiyyətin maarifləndirilməsi, ölkədə bu sahəyə olan marağın artırılması, təşviq edilməsi, gələcək nəsillərə ixtisas seçimində mesajların ötürülməsidir.

Konfrans haqqında daha ətraflı məlumatı tədbirin rəsmi interneti səhifəsi https://ai4digigov.com/dan əldə etmək mümkündür.

Konfransın texniki tərəfdaşı “Caspian Event Organisers” şirkətidir.

“Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH