Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirib
Bakı, 24 iyun, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 23 iyun - Dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov işçiləri peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra dövlət qulluğunda səmərəli fəaliyyətləri nəzərə alınan əməkdaşlara fəxri fərman təqdim edilib.
Sonda təltif olunan əməkdaşlar fəaliyyətlərinə verilən yüksək dəyərə görə minnətdarlıqlarını ifadə ediblər.