RƏSMİ KİYEV ÖLKƏLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜNÜN SAXLANIMASINA TƏRƏFDARDIR
Gürcüstan Prezidenti Eduard Şevardnadzenin gürcü-abxaz münaqişəsinin nizama salınmasına dair beynəlxalq konfrans keçirilməsi təşəbbüsünü dəstəkləyən Ukrayna onun öz ərazisində - Yaltada təşkil olunmasını təklif edir.
AZƏRTAC-ın müxbirinin aldığı xəbərə görə, bu təşəbbüsü Ukrayna Prezidenti Leonid Kuçma irəli sürmüşdür. Ukrayna rəhbəri ölkələrin, o cümlədən Gürcüstanın ərazi bütövlüyünün saxlanması məsələsində öz ölkəsinin mövqeyinin dəyişməz olduğunu vurğulamışdır.
Prezident L.Kuçma həmçinin açıqlamışdır ki, Ukrayna münaqişələrin, məsələn, gürcü-abxaz münaqişəsinin nizama salınmasına dair sülhyaratma əməliyyatlarında, - amma yalnız BMT-nin himayəsi ilə keçirilən əməliyyatlarda,- iştirak edə bilər.
Xatırladaq ki, rəsmi Kiyev Dağlıq Qarabağ məsələsində mövqeyini dəfələrlə və qəti şəkildə açıqlayaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün saxlanmasına tərəfdar olduğunu daim bəyan etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]