Respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 1-dən 7-dək respublika ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilmişdir.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bir həftə ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlər görülmüşdür. Piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısını almaq məqsədi ilə müntəzəm reydlər keçirilmişdir. Bu istiqamətdə KİV-də təbliğat daha da gücləndirilmiş, təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlər keçirilmişdir.
Tədbirlər çərçivəsində mayın 1-dən bu günədək Bakı şəhəri ərazisində 38-dən çox piyada saxlanılmışdır. “Yol hərəkəti haqqında” Qanunun tələbini pozan piyadalar yol polisi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]