Rezidenturaya qəbul üzrə ixtisas seçimi sabah başa çatır
Bakı, 21 avqust, AZƏRTAC
Rezidenturaya qəbul olmaq üçün avqustun 17-dən başlanan ixtisas seçimi sabah başa çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 22-si saat 23:59 dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər. İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar. Bu günə olan məlumata görə, 368 (Azərbaycan bölməsi - 292, rus bölməsi - 76) namizəd ixtisas seçimi edib.
Qeyd edək ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [10:53]
Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]