Azərbaycan Dövlət İnformasiya Agentliyi

RF Dövlət Dumasının deputatı: Azərbaycan Prezidenti öz adını Azərbaycanın tarixinə yazıb

RF Dövlət Dumasının deputatı: Azərbaycan Prezidenti öz adını Azərbaycanın tarixinə yazıb

Moskva, 23 fevral, AZƏRTAC

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Rodina” partiyasının sədri Aleksey Juravlyov Rusiyanın “Rosbalt” federal informasiya-analitik agentliyinə müsahibəsində Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

X X X

-Aleksey Aleksandroviç, İkinci Qarabağ müharibəsindən sonra regionda 30 ildən çox davam etmiş Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə səciyyəvi olan yeni geosiyasi reallıq yaranıb. Bu yeni reallıqda müharibədə qalib gəlmiş Azərbaycan və eksklüziv sülhməramlı kimi Rusiya müharibədən sonrakı dövrdə nizamlamanın tərəflərinə çevrilir. Siz Rusiya parlamentinin bu regiona səfər etmiş ilk nümayəndəsisiniz. Münaqişədən sonrakı Qarabağdan təəssüratlarınız necədir?

-Təəssüratlarım fərqlidir. Mən Bərdədə oldum. Bu şəhər cəbhə zonasından uzaqda yerləşməsinə baxmayaraq intensiv atəşə məruz qalıb. Öz evinin həyətində raket qəlpəsindən vəfat etmiş bir oğlanın atası ilə görüşdüm. “Toçka U” raket kompleksindən atəşlə dağıdılmış restoranın gözətçisi ilə söhbət etdim. Orada qadağan olunmuş kasetli bombalardan istifadə edilib. Onu da deyim ki, atəşə tutulmuş yaşayış məhəllələrinin ətrafında bir neçə kilometr məsafədə heç bir hərbi hissə yoxdur. Bu, heç də təsadüfi avtomat atəşləri olmayıb. Mənim fikrimcə, bu, soyuqqanlı şəkildə düşünülmüş hərəkətdir: ermənilər vahimə yaratmaq istəyiblər. Hərçənd, şəhərin başçısının sözlərinə görə, ermənilərin bu niyyətinin səmərəsi olmayıb. Bununla belə, dinc insanlar həlak olub. Lakin adamların çöhrəsində kin və nifrət əlaməti yoxdur, onların gözlərində qisasçılıq əlamətləri görmədim. Bunu kimlərin etməsi barədə heç kəs heç nə demədi.

Bütün bu illər ərzində erməni silahlı qüvvələrinin nəzarəti altında olmuş ərazilərin mənzərəsi məni həqiqətən heyrətləndirdi. Mən başqa “qaynar nöqtələr”də də dağıntılar görmüşəm, amma burada gördüklərim onlarla müqayisəyə gəlmir. Vaxtilə çiçəklənən Ağdam şəhəri, digər şəhərlər tamamilə məhv edilib. Bu şəhərlərin yalnız xəritələrdə adları qalıb, reallıqda onlar yoxdur. Özü də 1990-cı illərin əvvəlindəki Birinci Qarabağ müharibəsindən sonra evlər yerlə-yeksan edilib. Ən dəhşətlisi odur ki, binaların heç birini bərpa etmək mümkün deyil.

Ağdamda qismən dağıdılmış bir məscid qalıb. Lakin belə başa düşdüm ki, məscid lazımi şəkildə saxlanmayıb, o ciddi zədələnib və yalnız artilleriya atəşi zamanı oriyentir kimi qorunub saxlanıb. Şəhəri, necə deyərlər, sıfırdan başlayaraq bərpa etmək lazım gələcək, lakin əvvəlcə onu minalardan təmizləmək lazımdır.

-Azərbaycana qaytarılmış ərazilər rusiyalı sülhməramlıların məsuliyyət zonası ilə həmhüduddur. Rusiyalı və azərbaycanlı əsgərlərin qarşılıqlı əlaqələri nə vəziyyətdədir? Əldə edilmiş sülhə Bakıda nə dərəcədə ciddi münasibət var?

-Biz Azərbaycanın bir neçə blok-postundan keçdik. Səmimi deyirəm, elə bir gərginlik hiss etmədim. Burada hər iş dəqiq və sürətlə görülürdü. Gənclər öz vəzifə borclarını yerinə yetirdiklərinə görə qürur hissi ilə xidmət edirlər. Mən, Rusiyadan gəlmiş bir rəsmi şəxs kimi, hərbçilər tərəfindən özümə çox mehriban, kifayət qədər səmimi münasibət gördüm.

Onların öz missiyalarını yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Müəyyən formal məqamlar vardı, lakin tərəflər arasında gərginlik yoxdur.

Müsahiblərimin hamısı vurğulayırdı ki, burada təkcə Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri deyil, həm də iki ölkənin rəhbərlərinin etimada əsaslanan şəxsi münasibətləri mühüm rol oynayır. Əgər çətin vəziyyətdə bir insanla dəfələrlə bir yerdə olmusansa, ona etimad göstərirsənsə, təbii ki, bu, tərəflər arasında uzunmüddətli normal münasibətlər qurmağa kömək edir. Rusiya sülhməramlılarının əməliyyatının uğurlu olması üçün də bu etimad çox mühüm amildir. Doğrudur, bu etimad Qərb üçün sərfəli deyil, çünki Rusiyanın təsiri güclənir. Lakin regionda daha ciddi mövqe tutmaq iddiasında olan Azərbaycan ilə münasibətlərdə bu etimad tamamilə zəruridir. Nəticədə bizim missiyamız bütün tərəflər üçün, o cümlədən erməni xalqının real mənafeləri üçün sərfəli olur.

-Siz erməni ordusunun tərk etdiyi ərazilərdə irimiqyaslı dağıntılar barədə danışdınız. Bununla əlaqədar Azərbaycan rəhbərliyi genişmiqyaslı bərpa proqramı elan edib. Mətbuatda hətta 60 milyard dollar investisiya barədə məlumatlar da dərc edilib. Əliyevin bəyan etdiyi planlar o deməkdirmi ki, Bakı uzunmüddətli sülhü hədəf seçib?

-Mənim apardığım təhlil və şəxsi müşahidələrim belə nəticə çıxarmağa əsas verir ki, Prezident Əliyevin planlarına və barışığın uğurlu olacağına inanmaq lazımdır. Ümumiyyətlə, obyektiv müşahidəçilər qeyd edirlər ki, Azərbaycan Prezidenti öz adını Azərbaycanın tarixinə yazıb. Bu gün mübaliğəsiz demək olar ki, o, ən nüfuzlu rəhbərlərdən biridir. Onun ən mürəkkəb şəraitdə ən yaxşı, optimal qərarlar qəbul etməsini xüsusi vurğulamalıyam. Bəli, biz hər iki tərəfdən insanların həlak olmasına görə heyfsilənirik. Bundan yaxa qurtarmaq olardı, lakin bu, Əliyevin təqsiri deyil. O, nə mümkündürsə etdi. Əməliyyatı zərgər dəqiqliyi ilə, minimal itkilərlə apardı və uzunmüddətli sülhə nail oldu. Bu, Azərbaycanın həm Qarabağı dirçəltmək, həm də regional iqtisadi əməkdaşlıq vasitəsilə barışığı təmin etmək məsələsinin öhdəsindən gələ bilməsinin xeyrinə olan birinci amildir.

Mənim olduğum yerlər Rusiya və Türkiyəni birləşdirən dəmir yolu tikintisindən başlamış, ta məşhur “Ağdam” portveyninin istehsalının bərpasına qədər geniş iqtisadi fəaliyyət üçün münbit yerlərdir. Bu layihələr və əsas regional qüvvələrin mənafeləri ətrafında yaranan geosiyasi vəziyyət uzunmüddətli sülhə təminat verir.

Nəhayət, üçüncü və ən başlıca məsələ - insanların o yerlərə qayıtmaq və Qarabağı dirçəltmək arzusudur. Mən Azərbaycanın rus icması ilə görüşdüm. Bu ərazilərdən qovulmuş rus millətindən olan, indi işğaldan azad olunmuş ərazilərə qayıtmaq və onların bərpasında iştirak etmək istəyən insanlardan onlarca ərizə daxil olub. Bu, həqiqətən ümummilli layihədir.

-Bəs Azərbaycanın Qarabağ barədə iqtisadi planlarında Ermənistanın və Dağlıq Qarabağ ermənilərinin maraqları nə dərəcədə nəzərə alınır?

-Mən əminəm ki, sülhün ən möhkəm əsası iqtisadi sahədə əməkdaşlıqdır. Əgər erməni tərəfi düzgün qərar qəbul etmiş olsaydı, buna müharibəsiz də nail olmaq mümkün idi. Ermənistandakı bəzi müdrik siyasətçilər də bunu israrla deyirdi. Tarixən, Azərbaycanla bütün Qarabağ və onun tərkib hissəsi kimi Dağlıq Qarabağ arasında həm iqtisadi, həm də logistik baxımdan sıx qarşılıqlı əlaqə olub. Ermənistanla bu əlaqələr sadəcə relyefin xüsusiyyətlərinə görə qat-qat mürəkkəbdir, yəni coğrafi şərait öz tələblərini irəli sürür. Zaman keçdikcə iqtisadi inteqrasiyanın başa düşülməsi ön plana keçir.

Bundan əlavə, Ermənistan özü də dağlıq ərazidir, amma biz bilirik ki, xüsusən indiki şəraitdə - Azərbaycanın Dağlıq Qarabağla həmhüdud olan yeddi rayonu işğaldan azad edildiyi bir vaxtda bu ərazilərin dotasiyaya ehtiyacı var. Bu mənada resurslardan istifadə edilməsi və kommunikasiyaların açılması Ermənistana yeni nəfəs verəcək. Axı o, hər tərəfdən sıxılmış vəziyyətdə idi. Əlbəttə, kommunikasiyaların açılması onun xeyrinə olacaq. Əlbəttə, ticarət və iqtisadi əlaqələr müharibə ilə müqayisədə qat-qat sərfəlidir. Erməni xalqı başa düşür ki, narazı qalmaq olar, lakin salamat qalmaq və öz uşaqlarını yedirtmək lazımdır. Əminəm ki, tərəflər arasında qarşılıqlı anlaşmaya əldə ediləcəyi vaxtı çox gözləmək lazım olmayacaq.

- Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi beynəlxalq sülhə riayət edilməsi praktikasında bir növ yenilikdir. Belə bir fikir var ki, bizim üçün çox əhəmiyyətli olan bu regionda geosiyasi rəqiblə hərbi sahədə əməkdaşlıq, yumşaq desək, qəribə niyyətdir...

-Bu missiya Türkiyənin yumşaq qüvvəsi deməkdir. Ona görə ki, Mərkəzin məşğul olduğu bütün işləri bizim sülhməramlılar da görə bilər. Monitorinq missiyası bir tərəfdən, Türkiyənin orada olmasını təmin edir, digər tərəfdən - Rusiyanın vasitəçiliyi ilə imzalanmış sazişin şərtlərinə riayət edilməsinə böyük zəmanət verir. Ona görə də, Türkiyənin orada olması və onun nüfuzu ilə əlaqədar vəziyyəti gərginləşdirməyə əsas yoxdur. İlham Əliyev adi siyasətçi deyil və üstəlik, o, Azərbaycanın tarixi qələbəsinə nail olub. Mən bu vəziyyətdə kiminsə Azərbaycanın suverenliyini zəiflədə biləcəyini güman etmirəm. Həm də Rusiya Prezidenti Ərdoğanı etibarlı tərəfdaş kimi tanıyır. Bizim mövqelərimizdə fikir ayrılıqları çoxdur, lakin biz razılığa gələ bilərik. İmzaladıqları razılaşmalara riayət etməyən Qərb ölkələrindən fərqli olaraq, region ölkələri özlərinin sazişlərinə əməl etmək bacarığını nümayiş etdirirlər.

-Münaqişə tərəfləri bu sazişi Rusiyanın vasitəçiliyi ilə imzalayıblar. Bu o deməkdir ki, digər iki vasitəçi - ABŞ və Fransa, necə deyərlər, mötərizədən kənarda qalıb. Sergey Lavrov bununla əlaqədar Qərbin inciməsi barədə danışaraq qeyd edib ki, RF Prezidentinin Azərbaycan və Ermənistan arasında uğurlu vasitəçilik missiyasından sonra Qərb bu regiona nüfuz etməyə və öz fəallığını artırmağa çalışır. Bu fəallıq Rusiya sülhməramlı missiyasını hörmətdən salmaq üçün regionda vəziyyətin sabitliyini poza bilərmi?

-Burada sabitliyi pozmaq əsla mümkün deyil, lakin münasibətləri korlaya bilərlər. Əvvələn, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və mənim başa düşdüyümə görə, heç kəs bu barədə mübahisə etmir. Bununla əlaqədar Azərbaycan ictimai rəyində həmin “incimiş” ölkələrdən olan arzuedilməz şəxslərin bu regiona səfərlər etməsinə və artıq müharibədən sonra Qarabağda Njdeyə heykəl qoyulmasına münasibət çox neqativdir. Bir sıra bu cür mürəkkəb məqamlar var, lakin düşünürəm ki, onlar müvəqqətidir. Monitorinq missiyalarının və sülhməramlıların regionda olması razılaşmaların nəticəsidir. Bütün tədbirlər Azərbaycanın fikri nəzərə alınmaqla həyata keçirilir və əgər Azərbaycanın fikrincə, bu cür səfərlər pozucu xarakter daşıyırsa, deməli, həmin adamlar oraya getməməlidir.

Rusiyanın məsuliyyət zonasında Njdeyə heykəl qoyulması məsələsinə gəldikdə isə, bu, Rusiyanın üzünə tüpürmək deməkdir. Təəssüf ki, bu yaramaza heykəllər qoyulması Ermənistanın dövlət siyasətidir. Əgər onlar bunu mümkün hesab edirlərsə, qoy belə də davam etsinlər, bunun axırının necə olacağına baxarıq.

Yeri gəlmişkən, təkcə bu məsələ deyil, rus məktəblərinin bağlanması, bizim iri şirkətlərin biznesinin bağlanması, onların hesabları üzərinə həbs qoyulması da Rusiya ilə münasibətlərin pisləşməsinə doğru aparır. Rusiyaya münasibətdə bu cür pozucu addımları qızışdıran Qərbdir. Məsəl var, deyərlər, bir əldə iki qarpız tutmaq olmaz. Müttəfiqlik münasibətləri hansısa kağızları imzalamaqda yox, əməli işdə yaranır.

-Siz regionda əməkdaşlıq körpüləri yaradılmasında Rusiyanın ictimai-siyasi xadimlərinin rolunu, şəxsən öz rolunuzu necə görürsünüz?

-Əvvələn, parlamentlərarası əlaqələr var, biz qanunyaratma sahəsində çox iş görürük. İkincisi, rusiyalı siyasətçilər diasporlarla da güclü əlaqə saxlayırlar. Mən RF Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvüyəm. Orada həm Ermənistan, həm də Azərbaycan diasporları təmsil edilib. Biz birgə işləyirik. Bu humanitar fəaliyyət regionda etnoslararası dialoq üçün bir məkan ola bilər.

Azərbaycan ilə mehriban qonşuluq münasibətlərini gücləndirmək üçün də ictimai diplomatiyanın rolunu artırmaq lazımdır. “Rossotrudniçestvo” agentliyi xətti ilə məhz Azərbaycanla tamam fərqli qarşılıqlı fəaliyyət sistemi yaratmaq olar. Bu sistemin fəaliyyəti tamamilə təzələnməlidir. Həm iqtisadi, həm də siyasi əlaqələr başqa səviyyəyə çatdırılmalıdır və bunun üçün hər cür imkan var.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır

Laçındakı Ağoğlan monastırı Alban-Udi icmasının üzvləri tərəfindən ziyarət olunub

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” VİDEO

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm