RF FEDERASİYA ŞURASI XƏZƏRİN DİBİNİN BÖLÜNMƏSİ HAQQINDA RUSİYA-QAZAXISTAN SAZİŞİNİ RATİFİKASİYA ETMİŞDİR
Martın 26-da RF Federasiya Şurası Xəzərin şimal hissəsinin dibinin bölünməsi haqqında Rusiya ilə Qazaxıstan arasında sazişi ratifikasiya etmişdir.
Federasiya Şurasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ikitərəfli dövlətlərarası saziş Xəzərin karbohidrogen ehtiyatlarından istifadə sahəsində Rusiya-Qazaxıstan əməkdaşlığının ümumi prinsiplərini müəyyənləşdirir, habelə neft yataqlarının işlənilməsi üçün hüquqi zəmin yaradır. Bu saziş gəmilərin və təyyarələrin sərbəst hərəkətinin həyata keçirilməsi, sualtı kommunikasiyalar çəkilməsi və onlardan istifadəyə, digər sahələrdə birgə fəaliyyət məsələlərinə dair ikitərəfli və çoxtərəfli razılaşmalar bağlamağa imkan verir.
Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri də dövlətimizin başçısı Heydər Əliyevin ötən ilin sentyabrında Moskvaya rəsmi səfəri zamanı “Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında” analoji dövlətlərarası saziş imzalamışlar. Sonra Qazaxıstanla Azərbaycan arasında da bu cür saziş bağlanmışdır.
Federasiya Şurasından həmçinin bildirmişlər ki, Xəzərlə bağlı Azərbaycan-Rusiya sazişi də ratifikasiya ediləcəkdir, lakin bu məsələ hələlik gündəliyə daxil deyildir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]