Riyaziyyat və Mexanika İnstitutunda elmi fəaliyyətə dair hesabat məruzələri dinlənilib
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda Funksional analiz və Tətbiqi riyaziyyat şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib.
Sonra gündəlikdə duran cari məsələlər müzakirə olunub.