Roma Papasının vəziyyəti ağır olaraq qalır
Vatikan, 23 fevral, AZƏRTAC
Romadakı “Gemelli” xəstəxanasında müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yenidən pisləşib.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, pontifik bu gün səhər saatlarında astmaya bənzər tənəffüs böhranı keçirib. Həmçinin aparılan testlər nəticəsində onda trombositopeniya aşkarlanıb və qan köçürülüb.
Roma Papasının vəziyyətinin ağır olaraq qaldığı, ağrıları çox olsa da, bütün günü kresloda oturaraq keçirdiyi qeyd edilib.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]