Azərbaycan Dövlət İnformasiya Agentliyi

Roma: yaşıl paytaxtda gözlənilməz kəşflər

Bakı, 14 dekabr, Emil Eyubov, AZƏRTAC

Roma sadəcə daşlara həkk olunmuş tarix, sonsuz sütun sıraları və qədim tikililərin xarabalıqları demək deyil. Bu, həmçinin İtaliyanın ən yaşıl şəhəridir, onun ərazisinin təxminən dörddəbirini yaşıl məkanlar əhatə edir. Üstəlik, Villa Borgese kimi ən böyük park zonaları şəhərin tam mərkəzində yerləşir. Burada şəhərin səs-küyündən uzaqda vaxt keçirmək xoşdur. Yenidən hadisələrin qaynar nöqtəsinə qayıtmaq istədiyiniz zaman, on addımlıq məsafədə İtaliya paytaxtının əsas görməli yerlərinə aparan mərkəzi küçələrinin ayrıldığı Popolo meydanına gələ bilərsiniz.

Romanın mərkəzindəki biopark və ya Hagenbekin mirası

Roma balaca bir şəhər deyil, onun hansı yerində qalmağınızdan asılı olmayaraq, maraqlı tarixi yerlər, kulinariya kəşfləri, şopinq və yaxşı qulluq görmüş parklarda gəzmək imkanları olacaq. Buna görə də, İtaliya paytaxtındakı ilk bir neçə gününüzü yaşayış yerinizin yerləşdiyi ərazini araşdırmağa həsr etməyə dəyər. Biz də məhz belə etdik. Xüsusilə, hotelimiz şəhərin mərkəzi meydanlarından biri olan Pyazza-del-Popoloda (Xalq meydanı), təkcə şəhərin əsas görməli yerlərinə deyil, həm də Romanın 80 hektarlıq ictimai parkı olan, mənzərə sənəti, uzunömürlü ağacları və vəhşi təbiətlə dolu süni gölləri ilə məşhur olan Villa Borgeseyə yaxın yerdə yerləşirdi.

Şəhər həyəcanına tam qərq olmazdan əvvəl Borgese Parkına yollanırıq, oradan keçərək ilk dayanacağımıza - Roma Bioparkına çatırıq. Şəhər hakimiyyəti yaşıl sahələrin hər bir sakindən 300 metrdən çox olmamalı olduğunu müəyyən edən standartlara riayət etməyə çalışır və görünür, onlar buna nail olurlar. Roma ənənəvi olaraq Avropanın ən yaşıl beş şəhəri sırasında yer alır. İtaliya paytaxtında ən azı 63 ictimai park var. Onlardan ən böyükləri müxtəlif flora növlərinə görə daha çox meşə zolağını xatırladır. Villa Borgeze Parkında baxımlı idman meydançaları, alleya və fəvvarələrlə yanaşı, yaşı əsrləri keçən çinar ağaclarının böyüdüyü ərazilər də var ki, onların oyuqlarında məlum olmayan şəkildə vəhşi təbiətə yol tapan tutuquşular yaşayır. Lakin, parkın Roma Zooparkı ilə qonşuluğunu nəzərə alsaq, bəzi fərziyyələr yenə də mövcuddur.

Romanın Bioparkı - 1911-ci ildə Borgeze Parkının yanında açılan 17 hektarlıq sahədə Zooloji bağ bu gün məhz belə adlanır. Zoopark Karl Hagenbek – heyvanların əsirlikdə saxlanması işində inqilab edən alman sahibkarın qabaqcıl ideyaları əsasında qurulmuş və inkişaf etdirilmişdir. Hagenbek bütün dünyanı köhnəlmiş “həbsxana – heyvanxana”lardan xəndəklərdən və simulyasiya edilmiş mənzərədən istifadə edərək, heyvanların təbii şəraitə yaxın şəraitdə yaşamaları üçün müasir təbii qəfəslərə keçməyə ruhlandırdı. Roma zooparkı tez bir zamanda Avropada ən vacib zooparklardan birinə çevrildi, hətta köhnə sistemlər üzərində qurulmuş Paris və Berlin zooparklarını da üstələdi. 1998-ci ildə zoopark bioparka, 2004-cü ildə isə nəsli kəsilməkdə olan növlərin qorunması, biomüxtəliflik sahəsində maarifləndirmə və elmi tədqiqatlara yönəlmiş fonda çevrildi.

Romanın Bioparkında 200-dən çox növdə mindən çox heyvan var. Burada aslanlar, pələnglər, bəbirlər, kərgədanlar, suaygırları, fillər və digər böyük fauna nümayəndələri yaşayır və çoxalırlar. Zebralar, zürafələr, şimpanzelər, tapirlər və aguti volyerlərinin yanında həmişə ziyarətçi çoxluğu müşahidə olunur. Bioparkın ən qəribə sakinləri arasında Afrikadan olan Həbəşistan buynuzlu qarğa, dağ karakarı – Amerikadan yırtıcı quş, Cənubi Amerikadan yallı canavar və kral qrif, imperator tamarin var. Həmçinin komodo kərtənkələ, cırtdan hippo, dəvəquşu, lemur, pinqvin və bir çox başqa heyvan var.

Ayrı bir sürünənlər parkında isə timsahlar, ilanlar, kərtənkələlər və tısbağalar da daxil olmaqla müxtəlif növ sürünənlər yaşayır. Burada tropik yağış meşələri şəraiti yenidən yaradılıb və ətraf mühitə uyğun bitkilər əkilib. Ümumilikdə bioparkda floraya böyük diqqət yetirilir. Onun təsirli botanika kolleksiyasında araukariya, kamfora ağacı, çəyirdək otu və alov ağacı kimi unikal nümunələr də daxil olmaqla təxminən 700 bitki növü var.

200 illik otel və Roma sayağı pizza

Təəssüratlarla hotelə qayıdırıq, burada bizi gözlənilmədən botanika kəşflərinin növbəti mərhələsi gözləyirdi. Məlum oldu ki, tarixi “Hotel de Russie”nin fasadının arxasında bir vaxtlar Villa Borgese ərazisinin bir hissəsi olan geniş, çoxmərtəbəli bağ gizlənir. Gül kolları, portağal ağacları və əsrlik şam ağacları əkilmiş bu gizli bağ ziyarətçiləri Romanın tam mərkəzindəki süni şəlalənin səsi ilə müşayiət olunan təbiətin qoynunda istirahət etməyə dəvət edir.

Xatırladaq ki, hotel İspan pilləkənlərindən piyada məsafədə, qələbəlıik Pyazza-del-Popolo meydanı yaxınlığında yerləşir. Divarları arasında təbii bir oazis görməyi heç cür gözləmirsən. Sirr sadədir: bu hotelin təxminən 200 yaşı var, demək olar ki, Pyazza-del-Popolo ilə eyni yaşdadır. Həm meydan, həm də hotel eyni memar - Cuzeppe Valadyenin müəllifliyinə məxsusdur. 1837-ci ildə açılan hotel tezliklə rus aristokratiyasının sevimli məkanına çevrildi, adı da ondan irəli gəlir. Bu gün “Hotel de Russie” dövrün ruhunu qoruyub saxlayır və qonaqlara unikal təcrübə təklif edir. Burada İtaliya mədəniyyətinə xüsusi diqqət yetirilir. Bütün vanna-kosmetik ləvazimat Siciliyanın Irene Forte eko-brendinə məxsusdur. Səhər yeməyində sizə qızılbalıq, tikanlı armud, zeytun yağında qurudulmuş pomidorlar, italyan piroqu və ənənəvi italyan kruassanı - kornetto da daxil olmaqla ən yaxşı yerli ləziz yeməklər təklif olunacaq. Həmçinin ənənəvi olaraq səhər yeməyində təqdim olunan maritozzo bulkasına diqqət yetirin. Adı italyan dilində “həyat yoldaşı” mənasını verən marito sözündən gəlir, çünki tarixən adaxlılar onları gələcək həyat yoldaşlarına hədiyyə edirdilər. Üzümlü bulkanın özü ortadan kəsilir və çırpılmış qaymaqla doldurulur - çox ləzzətlidir!

Maraqlıdır ki, hoteldə biri Sezar adlı olan, iki cazibədar pişik balası yaşayır. İşçilər onlara yorulmadan qayğı göstərirlər. Otaqlardakı geniş kitab kolleksiyasını da qeyd etmək istərdim. Burada klassik avtomobillər, yaşıl memarlıq, müasir interyerlər, ornament, loqotip dizaynı, reklam mətnlərinin tərtibatı, botanika və digər bəzən gözlənilməz mövzulara həsr olunan nəşrlər var. Dekabrın 9-dan etibarən isə hotelin Gizli Bağında Romada ilk dəfə olaraq italyan quruluşçu rəssam Ancelo Bonello tərəfindən hazırlanmış və məkanı mənzərəli qış mənzərəsinə çevirən 12 fiqurdan ibarət “Balerina” adlı işıq instalyasiyası nümayiş olunur.

Pyazza-del-Popolo meydanı və ondan ayrılan üç küçə - Korso, Babuino və Ripetta ilə tanış olmağın vaxtı gəlib çatdı. Meydanın əsas cazibəsi Avqust Oktavian dövründə Heliopoldən gətirilmiş 36 metr hündürlüyündə qırmızı qranit obeliskdir. Təbii ki, bu qədim Misir abidəsi meydanın özündən daha yaşlıdır. Via del Korso Bakının Torqovı küçəsinin analoqu olan Romanın əsas piyada küçəsidir. Moda brendlərinin əksəriyyətinin butikləri məhz burada yerləşir. Bu küçənin digər tərəfində Romadakı daha bir məşhur meydan – Venezia meydanı yerləşir, buradan Kolizey və Roma Forumuna bir addımlıq yol var. Həmçinin Pyazza-del-Popolodan Kolizeyə metro ilə yaxınlıqdakı Flaminio və ya Spagna stansiyalarından da getmək olar. Lakin yarım saatlıq sakit gəzinti daha xoş olar. Hər addımda sizi vaxtınızı boş keçirmək üçün qızardılmış şabalıd və italyan dondurmasının satıldığı küçə köşkləri gözləyəcək.

Kolizeyin yanında yerli sakinlərin çox xoşladığı orijinal Alle Carrette pizzaxanasını tapmağa çalışın. Burada siz nazik, xırtıldayan qabıqlı orijinal Roma pizzasını dada bilərsiniz. Onun xəmir bir gecədə qalxır, sonra çox nazik şəkildə yayılır və içi bolluca doldurulur. Lazım olduğu kimi, odunla işidilən sobada bişirilir, nəticədə kənarları bir az közərmiş xırtıldayan pizza alınır. Yalnız nəzərə alın ki, Alle Carrette Pizzxanası saat 12:00-dan 15:30-dək açıqdır, sonra uzun fasiləyə bağlanır və yalnız saat 19:00-da yenidən açılır. Amma belə rejim bir çox italyan restoranları və mağazalara xasdır.

Tez hazırlanan pasta və yeni kəşflər

Romada dadmağa məsləhət görülən daha bir sırf italyan yeməyi - pastadır. Ən yaxşı pasta hazırlandığı yerlərlə bağlı tövsiyələr ağızdan-ağıza ötürülür. Bunlar, əsasən pasta üzrə ixtisaslaşmış müəssisələrdir. Məsələn, şəhərin mərkəzində yerləşən və internetdə öyrəndiyimiz Pastasciutta kafeləri də onların arasındadır. Bu sadə, fast food tipli müəssisələrdir, burada bir neçə növ klassik pasta hazırlanır, üstəlik mətbəx müştərilərin gözü önündə yerləşir. Müəssisənin şüarı “2-3 dəqiqəyə ləzzətli yemək”dir. Təzə pastada qurudulmuş pastadan fərqli olaraq, az miqdarda su var, ona görə də daha tez bişir. Həmçinin nəzərə almaq lazımdır ki, İtaliyada “al dente” pastasına, yəni bir qədər tam bişməmiş pastaya üstünlük verilir. Sousla qarışdıraraq dərhal müştəriyə verilir. İçəridə əyləşib yemək yeyə və ya özünlə götürə bilərsiniz: qiymət dəyişməyəcəkdir. Bir porsiyanın orta qiyməti 7 avro təşkil edir.

Yeri gəlmişkən, özünüzü yalnız Romanın mərkəzində gəzinti ilə məhdudlaşdırmayın: şəhərin kənarlarında da bir çox maraqlı şeylər var. Məsələn, kənar ərazilərdə Laurentino rayonundakı Maximo kimi böyük ticarət mərkəzləri yerləşir. Bu çoxmərtəbəli kompleks pərakəndə satış şəbəkələrini, istirahət zonalarını və fast food və ənənəvi restoranlarla yemək məkanlarını birləşdirir. Burada qəhvə içmək, ərzaq almaq, vitrinlərdən zövq almaq, nahar etmək və hətta idman zalına getmək olar.

Həmçinin geniş mağaza, brend, yemək məkanı, xidmət seçimi ilə tanınan, genişmiqyaslı şopinq və xoş atmosfer təklif edən Romanın şimal-şərqindəki ən böyük və ən populyar ticarət və əyləncə mərkəzi olan “Porta di Roma”ya da getmək məsləhətdir.

Əlavə etmək qalır ki, Romanın mərkəzində - Kolizey və Venesiya meydanı rayonunda böyük bir tikinti gedir, yəni Colosseo və Porta Metronia stansiyaları da daxil olmaqla metro xəttinin bir hissəsi tamamlanır. Bütün bunların maraqlı tərəfi odur ki, hər iki stansiya xüsusi muzey layihələrinin obyektinə çevriləcək, çünki tikinti zamanı 15 metrə qədər dərinlikdə aparılan qazıntılar maraqlı arxeoloji kəşflərə yol açıb. Xüsusilə divar freskaları və mozaika döşəmələri ilə bəzədilən, otuzdan çox otağı olan İmperator Adrian dövrünün qədim Roma kazarmaları aşkar edilib. Tapıntılar metro stansiyasının yeraltı mərtəbələrindən birində nümayiş olunacaq. Şəhər səlahiyyətlilərinə görə, indi Romanın tarixi irsi ilə tanış olmaq istəyən turistlər üçün bir sıra kəşflər sadə bir metro səfəri ilə başlayacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI