Azərbaycan Dövlət İnformasiya Agentliyi

Romada “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” mövzusunda beynəlxalq elmi konfrans keçirilib VİDEO

Roma, 22 aprel, AZƏRTAC

Vatikanın Romadakı Pontifiçia Salesiana Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) "Nodo di Qordiyo" "beyin mərkəzi" və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" mövzusunda beynəlxalq konfrans keçirilib. 

Əvvəlcə konfrans iştirakçıları Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət edərək önünə güllər qoyublar.

Tədbiri açan universitetin prorektoru Canfranko Koffele çıxış edərək təhsil ocağının fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Bildirib ki, universitetdə belə aktual bir mövzuda tədbirin təşkili tələbələrin müvafiq istiqamətdə məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Konfransda çıxış edən səfir Vaqif Sadıqov müzakirə edilən mövzunun Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu bildirib. O deyib: “Əhalinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın Konstitusiyasına əsasən ölkəmizdə dinindən asılı olmayaraq hər bir vətəndaş bərabər hüquqlara malikdir. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri harmoniya halında birgəyaşayış nümayiş etdirirlər. Azərbaycan mədəniyyətlərarası, dinlərarası dialoqun təbliğində önəmli rol oynayır və bu dəyərlərin təşviqi üçün keçirilən bütün mötəbər tədbirlərə məhz ölkəmiz ev sahibliyi edir”.

Azərbaycanın son illərdə beynəlxalq arenada mövqeyinin möhkəmləndiyini deyən səfir əlavə edib: “Ölkəmizdə demokratik inkişaf, qanunun aliliyi, yaxşı idarəçilik və insan haqlarının müdafiəsi sahələrində mühüm nailiyyətlər əldə edilib. Azərbaycan ilə Avropa ölkələri, o cümlədən İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyəli əlaqələr mövcuddur. TAP layihəsinin reallaşması ilə bu münasibətlər yeni mərhələyə qədəm qoyacaq və Azərbaycan Avropanın əsas qaz təminatçısına çevriləcək". 

BBMM-in icraçı direktoru Azad Məmmədov çıxış edərək qurumun fəaliyyəti və Azərbaycandakı multikultural mühit barədə məlumat verib. Vurğulayıb ki, Prezident İlham Əliyevin Fərmanı ilə belə bir Mərkəzin yaradılması ölkəmizdə mutikulturalizm dəyərinə verilən önəmin göstəricisidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini yenidən bərpa etdi. Ümummilli lider multikulturalizm siyasətini ölkəmizin demokratik inkişafının ayrılmaz tərkib hissəsi kimi görürdü. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla davam etdirir.

A.Məmmədov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu da multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq arenada təşviqinə töhfə verməkdədir. Fond Azərbaycan multikulturalizminin ölkəmizin hüdudlarından uzaqlarda təbliği üçün yeni perspektivlər açan vacib layihələr reallaşdırılır. Biz əminik ki, Azərbaycan uğurlu multikulturalizm siyasətinin həyata keçirilməsinə parlaq bir nümunədir və təcrübəmizi dünya ictimaiyyəti ilə bölüşməyə hazırıq. İtaliyanın La Sapienza Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanılması bu istiqamətdə önəmli addımdır.

Sonra konfrans “Müasir Azərbaycanda multikultural şərait (dinlərarası dialoq)” mövzusunda bölmə iclası ilə davam etdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərlinin moderatorluğu ilə keçirilmiş iclasda “İsa Cəmiyyəti”nin nəşri olan “Katolik sivilizasiya” jurnalının yazarı Luçiano La Rivera “Davamlı inkişaf üçün BMT-nin gələcək Post-2015 gündəliyi: dinlərarası fəaliyyəti əks etdirən ümumi platforma” mövzusunda çıxış edib. Bildirib ki, müxtəlif dinlərin və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşmanın, birgəyaşayışın və dialoqun təmin olunması dünya ölkələrini münaqişəsiz gələcəyə apara bilər.

Konfransda “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri” mövzusunda çıxış edən BBMM-in analitik şöbəsinin müdiri Nəriman Qasımzadə belə bir tədbirin keçirilməsinin bir müddət əvvəl Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin İtaliyadakı yerli mütəxəssislərlə görüşlərində müzakirə olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, son zamanlar multikultural təhlükəsizlik anlayışı ölkəmizin milli təhlükəsizliyi kontekstində mühüm yer tutur. Dünyada multikulturalizm modellərinə dair bir fenomen Azərbaycan multikulturalizmidir ki, bu nümunədə multikultural təhlükəsizlik paradiqması önəmli yer tutur.

Multikultural təhlükəsizliyin əsas prinsiplərindən bəhs edən N.Qasımzadə bildirib ki, etnik-dini müxtəlifliyin qorunması və inkişafı, multikultural situasiyanın hüquqi təminatının yaradılması və müvafiq qanunvericilik aktları ilə dəstəklənməsi, bu situasiyanın iştirakçılarının, yəni etnik-dini müxtəliflik təmsilçilərinin ölkənin ictimai, iqtisadi, mədəni və siyasi həyatına inteqrasiyasının təmin olunması bu yeni anlayışın başlıca istiqamətləridir.

“Azərbaycan tarixinin xristian səhifəsi dini tolerantlığın əsası kimi” mövzusunda çıxış edən İtaliyadakı Rus Pravoslav Kilsəsinin nümayəndəsi, “Qafqaz Albaniyasında xristianlığın tarixi” adlı kitabın müəllifi Aleksiy Nikonorov müasir qloballaşma dövründə eyni məkanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin bir arada mövcudluğunun mühüm amil olduğunu bildirib. O deyib: “Son illər xeyli sayda insanlar dini və ya etnik zəmində baş verən toqquşmaların qurbanı olub. Əslində tolerantlıq və dinlərarası dialoq, sülh içində birgəyaşayış üçün mexanizmlərin formalaşdırılması və bu təcrübənin dünya ilə bölüşdürülməsi kimi vacib bir missiyanı bu gün Azərbaycan reallaşdırır. Bu ölkədə birgəyaşayış anlayışı tarixi ənənələrə söykənir. Uzun əsrlərin təcrübəsi ilə hələ XX əsrin əvvəllərində Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar və müxtəlif konfessiyaların ibadətgahları var idi”.

A.Nikonorov diqqətə çatdırıb ki, Azərbaycanda dinlərarası dialoqun yeni mərhələsinin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider “Çoxmillətlilik bizim zənginliyimizdir” fikri ilə bu anlayışı dövlət siyasəti səviyyəsinə qaldırdı. Ulu Öndər Azərbaycanda sabitliyi bərpa etdi və tolerantlığı bu sabitliyin ən önəmli faktorlarından birinə çevirdi. Bu gün də Azərbaycan xalqı digər dinlərin və millətlərin nümayəndələrinə qarşı hörmət və tolerantlıq nümayiş etdirir.

İtaliya yəhudi icmalar birliyinin müşaviri Viktor Macar “Tolerantlıqdan hörmətə: insan hüquqları fərdlərin və xalqların birgəyaşayışı üçün vahid təməl kimi” mövzusunda çıxış edərək müxtəlifliyin qarşılıqlı tanınmasının və fərqli mədəniyyətlərə hörmətlə yanaşılmasının insan hüquqlarının müdafiəsinin təməl prinsiplərindən biri olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, mədəni müxtəlifliyin qəbul edilmədiyi, fərqli dinlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncələrinə ehtiram bəslənilməyən cəmiyyətdə inkişafa nail olmaq mümkün deyil. Azərbaycanın müvafiq sahədə əldə etdiyi uğurlar yüksək qiymətləndirilməlidir.

“Avropa müsəlmanları və dinlərarası tərbiyə” mövzusunda çıxış edən ISESCO-nun sivilizasiyalararası dialoq üzrə İtaliyadakı nümayəndəsi imam Yəhya Pallaviçini bildirib ki, kataklizmlərin artdığı dövrdə Azərbaycanın birgəyaşayışın bir modeli kimi təqdim olunması təqdirəlayiqdir. Multikulturalizm və multikonfessionalizm sosial anlayışlar olmaqla sağlam və stabil cəmiyyətin əsasını təşkil edir. Bu baxımdan Azərbaycanda tarixi ənənələrə söykənən tolerantlıq mühiti ölkədə sabitliyin hökm sürməsinə müsbət təsirini göstərir.

“Müstəqil Azərbaycanda tolerantlığın formalaşmasında dini icmaların rolu” mövzusunda çıxış edən Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov bildirib ki, tarix boyu Azərbaycanda bir çox xalqlar, etnik azlıqlar məskunlaşıb, onlar arasında möhkəm dözümlülük əlaqələri olub. Ölkəmizin ərazisi bütün dövrlərdə dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb. Azərbaycanda tolerantlığın gücləndirilməsinin dövlət siyasətinin əsasını təşkil etməsinə dəlalət edən əsas faktlardan biri müstəqillik illərində məscid, kilsə və sinaqoqların sayının sürətlə artmasıdır. Təəssüf ki, xalqımızın tolerantlığından sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü bu gün də davam etməkdədir.

Daha sonra türkoloq, Qafqaz mədəniyyəti üzrə tədqiqatçı alim Federiko De Renzinin moderatorluğu ilə “Azərbaycan multikulturalizminin mənəvi qaynaqları (Udilər)” mövzusunda növbəti bölmə iclası keçirilib. İclasda İtaliya Humanitar Elmlər İnstitutunun professoru Franko Kardini “Birinci Dünya müharibəsindən sonra Yaxın Şərq geosiyasətinin yenidən dəyərləndirilməsi”, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Fəridə Məmmədova “Azərbaycanda tolerantlığın kökləri və Alban Apostol kilsəsi”, Roma Beynəlxalq Elmlər Universitetinin dil və ədəbiyyat üzrə dosenti Ancelo Yakovella “Azərbaycan İslamı dini-mənəvi və tarixi baxımından”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji xidmət şöbəsinin müdiri Qoşqar Qoşqarlı “Qafqaz Albaniyası və qədim Roma”, Potenza Universitetinin tədqiqatçısı, “Alban Apostol kilsəsi. Azərbaycan simvolunun kökləri” kitabının həmmüəllifi Ancelo Mekka “Albaniya və Bizans: din və siyasət arasında”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun etnoarxeologiya şöbəsinin baş elmi işçisi Məhəbbət Paşayeva “Azərbaycan mədəni irsində xristianlığa qədərki inanclar və onların izləri”, AMEA-nın Şərqşünaslıq İnstitutunun ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov “Qafqaz Albaniyanın qədim xristianlıq mərkəzi Çolanın salınması və ilk əhalisi haqda yeni məlumatlar”, AMEA-nın Arxeoloqiya və Etnoqrafiya İnstitutunun etnoarxeoloqiya şöbəsinin böyük elmi işçisi Ülviyyə Hacıyeva “Alban Apostol Kilsəsinin müqəddəs əmanətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans işini Moskva Udi Cəmiyyətinin nümayəndəsi Artyom Kuranovun moderatorluğu ilə “Qafqaz Albaniyasının varisləri: udilər (tarix və müasirlik)” mövzusunda bölmə iclası ilə davam etdirib.

İclasda Bakı Dövlət Universitetinin geologiya fakültəsinin baş elmi işçisi, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili “Azərbaycanda Alban-udi kilsəsinin dirçəldilməsi yolları və onun status-kvosu”, İtaliyanın “Voks Popoli” "beyin mərkəzi"nin prezidenti Ermanno Vizintayner “Udilərin dilində və liturgiyalarında türkizmlər”, Kembric Universitetinin doktorantı, İnkişaf Araşdırmaları Mərkəzinin əməkdaşı Mariya Kleminson “Tarixi vətəndə və onun hüdudlarından kənarda müasir udi mədəniyyəti”, arxitektor, incəsənət tənqidçisi Paolo Zammatteonun “Qafqazın arxitekturası və simvolik kökləri”, fəlsəfə elmlər doktoru Riçard Danakarinin “Azərbaycan Respublikasında multikulturalizmin siyasi əsasları” mövzularında məruzələri dinlənilib.

Bildirilib ki, Azərbaycanda daim diqqət göstərilən qədim xalqlardan biri olan udilərin dünyada sayı 10 minə yaxındır. Onların də təqribən 7 mini Azərbaycanda yaşayır. Udilərin kompakt yaşadığı Nic qəsəbəsi dünyanın ən mütərəqqi tolerantlıq modelidir və bununla bağlı Azərbaycan dövləti tərəfindən qəsəbədə sosial-iqtisadi sahədə işlər görülür. Azərbaycanda dini fəaliyyət sahəsində aparılan uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını tam bərpa edib. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olunub. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.

Sonda tədbirə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi barədə nəşrlər, disklər və digər əyani vəsaitlərlə, ölkəmizdəki multikulturalizm mühitini əks etdirən stendlə tanış olublar.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

Romada “Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)” mövzusunda beynəlxalq elmi konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Mikro biznes krediti artıq həm “Birbank”da, həm “Birbank Biznes”də əlçatandır

Neft qiymətləri ötən həftə 5 faizədək artıb

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanmsı üçün süni intellektə əsaslanan yeni üsul işləyibllər

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNƏCƏK

Mahirə Hüseynova: Azərbaycan–Özbəkistan müttəfiqliyi təhsil əlaqələrinin inkişafına yeni imkanlar yaradır MÜSAHİBƏ

Psixoloq: Fobiya insanın gündəlik həyatına ciddi təsir göstərə bilər

Taksi sürücüləri üçün oktyabrın 1-də keçiriləcək imtahana qeydiyyat başlanır

Tursunəli Kuziyev: Azərbaycan-Özbəkistan əbədi dostluğu ortaq gələcəyə aparan yeni fəslin başlanğıcıdır

Auditoriyada keçən ömür

“MilliÖn” adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb

Gürcüstan prokurorluğu həbsdə olan sabiq Baş nazirə qarşı yeni ittiham irəli sürüb

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirində 7 ölkədən 12 komanda mübarizə aparır

Niderlandda alman məktəblilərin olduğu avtobus qəzaya uğrayıb

İspaniyalı voleybolçu: Azərbaycan millisinə qarşı heç nə edə bilmədik

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 2,1 dəfə artıb

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

Akif Marifli: Azərbaycan-Özbəkistan münasibətləri mədəni-humanitar əsaslara və ortaq dəyərlərə söykənir

Fərid Hüseyn: İnanıram ki, Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da yeni mədəni layihələrlə zənginləşəcək

Aleksander Çeferin: İnfantino 2027-ci il FIFA prezident seçkilərində iştirak etməyə bilər

Bu saata olan əsas xəbərlər

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır – ŞƏRH

Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür

ABŞ İrana qarşı “iqtisadi D günü” vəd edir, İran isə neft ixracını tamamilə dayandıracağı ilə hədələyir

® “Azercell” məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Britaniyada məzunlar üçün iş bazarı rekord səviyyədə zəifləyib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

Azərbaycan Milli Xalça Muzeyi Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

Fransada büdcə böhranı təhlükəsi: DGFiP-dən sərt xəbərdarlıq

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

Fernando Alonso unikal nailiyyətə imza atıb

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb

Kral III Çarlz dünyanın ən uzun sahil yolunun açılışını edib

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB VİDEO

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb