Rumıniya KİV-ləri Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini geniş işıqlandırıb
Buxarest, 12 yanvar, AZƏRTAC
Rumıniyanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “News24hours” və digər xəbər portallarında rumın və ingilis dillərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Ermənistanla bağlı fikirlərinə xüsusi yer verilib. Yazılarda dövlətimizin başçısının azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası, Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılması, sərhədlərin delimitasiyasının vacibliyi, Zəngəzur dəhlizinin əhəmiyyəti və digər məsələlər barədə fikirləri əksini tapıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]