Rumıniya “Patriot” hava hücumundan müdafiə sistemi üçün 200 raket alacaq
Bakı, 5 yanvar, AZƏRTAC
Rumıniya “Patriot” hava hücumundan müdafiə sistemi üçün 200 raket alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Satınalmalar NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) ilə müqavilə əsasında Almaniya, İspaniya və Hollandiya ilə birgə həyata keçirilir. Ümumiyyətlə, “Patriot” hava hücumundan müdafiə sistemi üçün minə qədər raketin alınmasını nəzərdə tutulur.
Rumıniya Müdafiə Nazirliyi bu birgə satınalma proqramında iştirak etmək üçün parlamentdən icazə alıb. 200 raketin ümumi dəyəri təxminən 1,09 milyard avrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]