Rumıniya və Bolqarıstanda NATO təlimləri başlanıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Rumıniya və Bolqarıstanda NATO-nun “Dacian Fall 2025" çoxmillətli hərbi təlimlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, Rumıniya Radiosunun yaydığı məlumata görə, təlimlərdə NATO-ya üzv 10 dövlətdən – Belçika, Bolqarıstan, İspaniya, İtaliya, Lüksemburq, Polşa, Portuqaliya, Rumıniya, Şimali Makedoniya və Fransadan 5 mindən çox hərbçi və 1200-dən artıq hərbi texnika iştirak edir.
NATO-nun “Cənub-Şərq” çoxmillətli diviziya komandanlığı tərəfindən planlaşdırılan təlimlər oktyabrın 20-dən noyabrın 13-dək davam edəcək.
Qeyd edək ki, NATO-nun “Cənub-Şərq” çoxmillətli diviziya komandanlığı 2015-ci il sentyabrın 1-də yaradılıb və onun əsas vəzifəsi alyansın cənub-şərq cinahında, xüsusilə Rumıniya və Bolqarıstan ərazisində kollektiv müdafiə əməliyyatlarının koordinasiyasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]