Rumıniyada etiraz aksiyaları keçirilib
Bakı, 10 mart, AZƏRTAC
Rumıniyanın Seçki Bürosunun Corceskunun prezidentliyə namizədliyini rədd etməsindən sonra Büronun önündə etiraz aksiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın AGERPRES agentliyi məlumat yayıb. Bildirilib ki, Seçki Bürosu imtinanın konkret səbəblərini açıqlamayıb. Hüquq-mühafizə orqanları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və antisosial hərəkətlərə yol verənlərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağını bildirib.
Seçki təqviminə əsasən, martın 17-dək namizədliyin qeydə alınması ilə bağlı yekun qərar verilməlidir. Rədd edilmiş namizədlər martın 18-dək Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Məhkəmənin qərarı Rumıniyanın rəsmi jurnalında dərc olunacaq.
Qeyd edək ki, Corcesku cümə günü namizədliyini təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]