Rumıniyada koronavirus xəstəliyinə yoluxanların sayı 10 mini keçib
Buxarest, 23 aprel, AZƏRTAC
Rumıniyada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçib.
AZƏRTAC xəbər verir ki, hazırda Rumıniyada 10 min 96 nəfər bu xəstəliyə yoluxub. Bunlardan 386 nəfəri son 24 saat ərzində qeydə alınıb. Ölkədə xəstəlikdən 527 nəfər ölüb, 2406 nəfər sağalıb, 236 nəfər intensiv terapiyadadır. Rumıniya ərazisində 12 min 226 nəfər karantində yerləşir, 28 min 131 nəfər evində təcrid edilib. Hazırda ölkədə 113 min 336 test həyata keçirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]