Rumıniyada milyondan çox insan koronavirus pandemiyasına görə qazancını itirib
Buxarest, 10 aprel, AZƏRTAC
Rumıniyada COVID-19 pandemiyası səbəbindən milyondan çox vətəndaş qazancını itirib. Bu barədə ölkənin əmək nazirliyi məlumat verib. Bildirilir ki, 950 min rumının əmək müqavilələri pandemiya müddətinə dayandırılıb. 200 minə yaxın vətəndaş işdən azad edilib. Müvəqqəti işsiz qalan vətəndaşların çoxu topdan və pərakəndə satış sahələrində, mehmanxana, restoran və inşaat sahələrində çalışırdılar. Onlara əməkhaqqının 75 faizi ödəniləcək. Qeyd edək ki, Rumıniyada fövqəladə vəziyyət mayın 16-na kimi davam edəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]