RUSİYA FEDERASİYA ŞURASI SƏRHƏDYANI ƏMƏKDAŞLIQ HAQQINDA QANUN HAZIRLAYIR
K.Markelov demişdir ki, bunu nəzərə alaraq, hazırda RF Federasiya Şurasında sərhədyanı əməkdaşlıq haqqında qanun layihəsi müzakirə edilir və baxılmaq üçün yaxın vaxtlarda Dövlət Dumasına veriləcəkdir. Bu qanun, ilk növbədə, MDB vətəndaşlarına aiddir. Qanunda Rusiyanın sərhədyanı bölgələrinin statusu müəyyənləşdiriləcək, sərhədyanı əməkdaşlığın sadələşdirilməsi, sərhədyanı ərazilərdə yaşayan əhalinin qarşılıqlı fəaliyyəti ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur. Qanunda sərhədyanı bölgə statusu anlayışı müəyyənləşdirilir.
K.Markelov demişdir: “Belə bir qanunun qəbul edilməsinin zəruriliyi həmdə onunla əlaqədardır ki, bizi mədəni, iqtisadi, insani əlaqələr bağlayır. Bundan başqa, sərhədyanı ticarət münasibətlərimizdə çox mühüm rol oynayır və o, həm Rusiyaya, həm də Azərbaycana xeyli iqtisadi fayda gətirə bilər. Bu, iqtisadi əməkdaşlığımızın inkişafında atılan addımlardan biridir. Axı, prezidentlərimiz qarşımıza mühüm vəzifələr – ölkələrimiz arasında əmtəə dövriyyəsini genişləndirmək vəzifələri qoymuşlar”.