RUSİYA FUTBOL İTTİFAQI ERMƏNİSTANIN “PUNİK” KOMANDASININ MƏĞLUBİYYƏTİNİ TƏSDİQLƏMİŞDİR
Rusiya Futbol İttifaqı (RFİ) direktorunun turnirlərin keçirilməsi üzrə müavini Boris Pronin bildirmişdir ki, “Punik” yarımfinal görüşündə oynamaq istəmədi və evə getdi.
RFİ yerevanlıların yarımfinal görüşündən imtina etməsi barədə rəsmi məlumat yaymışdır. Məlumatda deyilir ki, “Birlik Kuboku uğrunda turnirin keçirilməsi haqqında Əsasnaməyə görə, üzürlü səbəb olmadan oyunlara gəlməyən komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilir. Odur ki, “Neftçi” ilə oynamaqdan üzrlü səbəb olmadan imtina etdiyinə görə “Punik” 0:3 hesabı ilə uduzmuş sayılır. Beləliklə, Azərbaycan komandası Moskvanın “Olimpiysk” idman kompleksində yanvarın 22-də keçiriləcək Birlik Kubokunun finalına çıxmışdır. Onun rəqibi Rusiyanın OMİK və Litvanın “Kaunas” komandaları arasında yanvarın 20-də keçiriləcək görüşdə müəyyən ediləcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]