RUSİYA FUTBOL İTTİFAQININ PREZİDENTİ VİTALİ MUTKO: “NEFTÇİ” “PUNİK”DƏN DAHA SƏVİYYƏLİ KOMANDADIR”
AZƏRTAC xəbər verir ki, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko “Sovetskiy Sport” qəzetinə müsahibəsində “Birlik Kuboku” turnirinin yarımfinal görüşündə “Neftçi” ilə qarşılaşmalı olan Ermənistanın “Punik” komandasının gözlənilmədən oyundan imtina etməsi səbəbinin ona aydın olmadığını etiraf edərək demişdir: “Bizim Ermənistan Futbol Federasiyasının prezidenti ilə bu haqda söhbətimiz olub. Biz onların təhlükəsizliyinin təmin olunması haqda zəmanət verməyə hazır idik. Lakin “Punik”in “Neftçi” ilə oyundan imtinası bizim üçün müəmmalı qaldı... Hər halda heç bir faciə baş verməyib. Gəlin etiraf edək ki, “Neftçi” “Punik”dən daha səviyyəli komandadır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]