RUSİYA MÜFTİLƏR ŞURASI XVI BENEDİKTİN SİTATINI PİSLƏMİŞDİR
Müftilər Şurasının XVI Benediktin çıxışı ilə əlaqədar rəsmi bəyanatında deyilir: “Yüksək məsuliyyət daşıyan və insanlara təsir etmək səlahiyyətinə malik insan kimi Roma Papasının mühazirəsinin mətnində müasir dünyada birmənalı qarşılanmayan ölçülüb-biçilməmiş ifadə və sitatlara yer olmamalıdır”.
Rusiya müftiləri vurğulayırlar ki, “heç bir mühazirə dindarların hisslərini təhqir etməməlidir”.
Bununla yanaşı, RMŞ Rusiya müsəlmanlarını “vəziyyəti təmkinlə və ölçülüb-biçilmiş surətdə dərk etməyə” çağırmışdır. Müftilər Şurasının fikrincə, müsəlman ölkələrinin hökumət və xalqları “qarşıdurma yanğınının alovlanmaması üçün” mümkün bütün tədbirləri görməlidirlər.
Xatırladaq ki, XVI Benedikt Almaniyanın Regensburq Universitetində oxuduğu dini mövzuda mühazirəsində orta əsr Bizans mənbəyindən sitat gətirmişdir. Sitatda deyilir: “Məhəmmədin nə kimi yenilik gətirdiyini nəzərdən keçirsək, biz ancaq zalımlıq və rəhmsizlik görərik. Onun dini qılınc gücünə yaymaq çağırışı bundan ibarətdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]