RUSİYA PREZİDENTİ ATATÜRKÜN MƏQBƏRƏSİNİ ZİYARƏT ETMİŞDİR
AZƏRTAC-ın Ankaradan aldığı xəbərdə deyilir ki, burada rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etmiş, məzarın önünə əklil qoymuşdur. Rusiya Prezidenti Türkiyənin görkəmli xadiminin xatirəsini bir dəqiqəlik sükutla anmışdır.
Əklil qoyulması mərasimindən sonra Vladimir Putin məqbərənin xatirə kitabına ürək sözlərini yazmışdır: “Türk xalqının görkəmli oğlunun xatirəsini dərin ehtiramla anıram. Türkiyə dövlətinin yaranması, xalqlarımız arasında dostluğun başlanması Atatürkün adı ilə bağlıdır. Biz Atatürkün işlərinə layiq olmalı və münasibətlərimizin təməlini qarşılıqlı anlaşma və dostluğun möhkəm bünövrəsi üzərində qurmalıyıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]