Rusiya Prezidenti Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlardan narahatlığını ifadə edib
Bakı, 18 sentyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Müdafiə naziri Məhəmməd bin Salman arasında telefon danışığı olub.
AZƏRTAC Rusiyanın dövlət başçısının Kremlin.ru saytına istinadla xəbər verir ki, Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında V.Putin Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlardan narahatlığını ifadə edib, bu insidentin diqqətlə və obyektiv təhqiq edilməsinin zəruriliyini vurğulayıb.
Kremlin məlumatında qeyd olunur ki, Rusiya Prezidenti və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi qlobal neft bazarında olan vəziyyət, OPEK+ formatında razılaşmaların şərtlərinin yerinə yetirilməsi ətrafında da fikir mübadiləsi aparıblar. Tərəflər neft bazarında qiymətlərin sabit olması üzrə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Rusiyanın dövlət başçısının Səudiyyə Ərəbistanına qarşıdakı səfərinə hazırlıq məsələləri də müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]