Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya və Azərbaycan mədəniyyəti: könüldən könülə yollar görünür...

Rusiya və Azərbaycan mədəniyyəti: könüldən könülə yollar görünür...

Moskva, 11 noyabr, AZƏRTAC

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru, politoloq Nataliya Krasovskaya AZƏRTAC-a müsahibəsində bakılıların Yeseninə sevgisi, Azərbaycan ruhu və rus dilinin bu iki ölkənin gələcəyini necə müəyyən etməsi barədə söhbət açıb.

-Rusiya-Azərbaycan Dostluq Mərkəzi (RADM) təxminən bir il bundan əvvəl yaradılıb. Bu təşkilatın məqsədləri nədən ibarətdir və mövcud olduğu müddətdə həmin məqsədlərə nail olunubmu?

-Məqsədimiz iki ölkənin xalqlarını bir-birinə yaxınlaşdırmaqdır. Biz həm tarixən, həm də mənəvi cəhətdən bir-birimizə çox bağlıyıq, amma bununla belə bir-birimiz haqqında bilməli olduğumuz yaxşı cəhətlərin heç də hamısını bilmirik. Bizim Mərkəz mədəni və təhsil xarakterli tədbirlər keçirilməsinə kömək edir. Bu tədbirlərin məqsədi Rusiya və Azərbaycan vətəndaşları arasında etimada əsaslanan münasibətlər yaratmaq, nə qədər ortaq cəhətlərimiz olduğunu göstərməkdir. Qələbə Günü həm Rusiyada, həm də Azərbaycanda eyni dərəcədə təntənəli şəkildə qeyd edilir. Bizdə Ramazan bayramının qeyd edilməsi geniş yayılıb, azərbaycanlılar respublikada Pasxa bayramında məmnuniyyətlə iştirak edirlər. RADM rusiyalıları azərbaycanlıların maraqlı ənənələri ilə tanış edir. Məsələn, biz Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Gül Bayramı təşkil etmişik. Biz Azərbaycan mədəniyyəti və onun ənənələri barədə məlumatı daha əlyetərli etmişik. Hazırda kütləvi informasiya vasitələrində bizim ən yaxın qonşumuzun həyatı barədə, iki ölkənin ümumi cəhətləri barədə məlumatlar xeyli çoxalıb. Buna görə də güman edirəm ki, biz öz məqsədimizin müəyyən qisminə nail olmuşuq, lakin təkmilləşmənin hüdudu yoxdur.

-Azərbaycanda və ya Rusiyanın ictimai təşkilatları arasında sizin tərəfdaşlarınız varmı?

-Əlbəttə! Biz işimizin lap əvvəlində Rusiya cəmiyyətində Azərbaycan mədəniyyətini translyasiya edən təşkilatlarla tanış olmağa başladıq. Buna misal kimi Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin adını çəkə bilərəm. Bu mərkəzin keçirdiyi tədbirlər həmişə təsirli olur. Bu yaxınlarda onlar müasir rus yazıçı və şairlərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi kimi böyük bir mədəni hadisənin təqdimatını keçirdilər. Bu, xalqlarımızın bir-birinin mədəniyyətini mənimsəməsinə, bir-biri ilə tanış olmasına çox sanballı təsir edəcək. Güman edirəm ki, həmin mərkəzlə bizim əməkdaşlığımız davam edəcək. Əlbəttə, biz Azərbaycanda da çox iş görürük. Demək istəyirəm ki, Azərbaycan çox müasir və çox xeyirxah, gözəl ölkədir. Mən bir neçə dəfə Bakıda, o cümlədən birinci Avropa Oyunlarında olmuşam. Bu, həqiqətən möhtəşəm tədbir idi. Açılış və bağlanış mərasimləri Azərbaycan mədəniyyətinin cövhəri idi. Bütövlükdə həmin mərasimlər çox güclü təsir bağışladı.

-Sizin fikrinizcə, bir xalq mədəniyyət vasitəsilə özü haqqında başqa xalqa necə məlumat verə bilər?

-Ən başlıcası - elə məkanlar yaradılmalıdır ki, orada biz öz mədəniyyətlərimizin uğurlarını bir-birimizə nümayiş etdirə bilək. Yaxın vaxtlarda biz “Etnomir”də Qafqaz Günlərində iştirak etdik və mən özüm rusiyalıların Azərbaycan mədəniyyətini nə dərəcədə səmimi və böyük maraqla qarşılamalarının şahidi oldum. Rəqs - beynəlxalq dildir. Azərbaycan rəqqasları çıxış edəndə zaldakı insanlar sanki donub qalır. Xalq musiqisi səslənəndə yenə zaldakılar donub qalır. Xalq mədəniyyəti - istər Rusiyaya aid olsun, istər Azərbaycana - xalqın qəlbinin dərinliklərindən süzülüb gəlir. Qəlbin dərinliyindən gələn səmimi hisslər isə həmişə cavab reaksiyası doğurur. Buna görə də əsas məsələ mədəniyyəti necə təqdim etmək deyil, mədəniyyət özü danışır, ona əlavə bəzək-düzək lazım deyil. Əsas məsələ bunu harada etməkdir. Mərkəzin fəaliyyətdə olduğu bir il ərzində deyə bilərəm ki, bu cür məkanlar yaradılır, bu istiqamətdə hərəkət var. Məsələn, müxtəlif forumların proqramlarının bir hissəsi hökmən müxtəlif xalqların mədəniyyətinə həsr edilir. “Etnomərkəz” tipli çoxsaylı məkanlar da, festivallar, yarmarkalar da buraya aiddir. Həqiqətən bu sahədə maraq var, özü də səthi, bayağı məqamlara yox, dərin məsələlərə maraq var. Söhbət təkcə xalqın mədəniyyətindən getmir. İstedadlı opera müğənnisi Dinara Əliyeva klassik əsərləri ifa edir, lakin onun ifasında milli ruh hiss olunur. Bu da tamaşaçının qəlbində əks-səda yaradır, ifaçıya heyranlıq və hörmət doğurur. Müslüm Maqomayev misilsiz, əbədi sənətkardır, bu səsi eşidənlər Azərbaycanın ruhunu eşidirlər.

-Bəs, Rusiya mədəniyyəti Azərbaycanda nə dərəcədə yaxşı məlumdur?

-Ölkənizdə rus dili və rus ədəbiyyatını Azərbaycanın çoxşaxəli mədəni irsinin bir elementi hesab edirlər. Bircə misal göstərim: Bu il böyük rus şairi Sergey Yeseninin anadan olmasının 120 illiyi tamam oldu. Bu hadisə Azərbaycan üçün də Rusiya üçün olduğu kimi böyük bayram oldu. Artıq bir neçə ildən bəri keçirilən respublika rus dili olimpiadası Rusiyada ədəbiyyat ilinə və Yeseninin yubileyinə həsr edilmişdi. Bundan əlavə, bizim aramızda dil baryeri yoxdur, biz asanlıqla razılığa gələ bilirik. Bunun sayəsində Rusiya ilə Azərbaycan arasında mədəni mübadilə səviyyəsi ilbəil, özü də bütün sahələrdə artır. Bu, bizim gələcəyimizi müəyyən edir.

-Bu məsələ ilə “xalq diplomatiyası” deyilən anlayış arasında nə əlaqə var?

-Bunlar birbaşa bağlı məsələlərdir. Xalq diplomatiyası məhz bu cür müştərək tədbirlərdə xüsusilə parlaq şəkildə təzahür edir, xalqlar öz qonşularının mədəniyyətində olan yaxşı cəhətləri görürlər. Birinci Avropa Oyunlarında könüllülər kimi çıxış etmiş rusiyalı tələbələr Azərbaycan haqqında indi də böyük ruh yüksəkliyi ilə danışır, bununla da öz yaşıdlarının nəzərində Azərbaycanın müsbət obrazını formalaşdırırlar. Qonşuların mədəniyyəti və məişəti ilə şəxsən tanış olan insanlara, bir-birinin qonaqpərvərliyindən istifadə etmiş insanlara kənardan neqativ fikri qəbul etdirmək çətin məsələdir.

Fəridə Abdullayeva

AZƏRTAC—ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb