RUSİYA XARİCDƏ YAŞAYAN HƏMVƏTƏNLƏRİN ÖLKƏYƏ KÖÇMƏSİ ÜÇÜN ŞƏRAİT YARADIR
Kremlin mətbuat xidməti bildirir ki, bu proqram xaricdə yaşayan həmvətənlərin potensialını Rusiya regionlarının tələbatı ilə birləşdirməyə yönəldilmişdir. Eyni zamanda, proqram ölkə əhalisinin sayını sabitləşdirməyə, könüllü köçmə prosesinin təşviq və təşkilinə, habelə əhalinin təbii azalmasını köçkünlərin daimi yaşayış yerlərinə cəlb olunması hesabına kompensasiya etməyə yönəldilmişdir.
Nəzərdə tutulduğuna görə, proqram iştirakçılarının gələcək yaşayış yerinə getmək üçün çəkdikləri xərclərin federal büdcə vəsaitləri hesabına kompensasiya edilməsi, yerbəyer olmağa müavinət almaq və kompensasiya paketi almaq hüququ var. RF vətəndaşlığı verilənə qədər əmək fəaliyyətindən gəlir olmadıqda, könüllü köçkünlər 6 ay ərzində müavinət almaq hüququna da malikdirlər.