Rusiyada 78 nəfərdə koronavirusun Britaniya ştammı aşkar edilib
Moskva, 1 aprel, AZƏRTAC
Rusiyada koronavirus infeksiyasının Britaniya ştammına yoluxmuş 78 xəstə aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal İstehlakçıların Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin (“Rospotrebnadzor”) Epidemiologiya İnstitutunun direktoru Vasili Akimov məlumat verib.
Onun sözlərinə görə, Rusiyada 78 nəfərdə koronavirusun Britaniya ştammı, daha 5 nəfərdə isə Cənubi Afrika ştammı aşkar edilib. Bundan başqa, 23 nəfərin koronavirusun mutasiya etmiş naməlum növünə yoluxduğu məlum olub.
Martın 16-da “Rospotrebnadzor” Rusiyada 28 nəfərdə Britaniya, 2 nəfərdə isə Cənubi Afrika ştammı aşkarlandığı barədə məlumat vermişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]