Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirən şəxs saxlanılıb
Moskva, 21 iyun, AZƏRTAC
Bir neçə gün əvvəl Rusiyanın Volqoqrad şəhərində Azərbaycandan olan tələbə Teymur Qavrilovu qətlə yetirmiş Vitali Vasilyev Smolenskdə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Təhqiqat İdarəsi məlumat yayıb. Qətldə şübhəli bilinən 22 yaşlı Volqoqrad sakini federal axtarışa verilmişdi. V.Vasilyevin Smolenskdən Volqoqrada gətirilməsi üçün tədbirlər görülür.
Xatırladaq ki, Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi, Gəncə şəhərindən olan 17 yaşlı Teymur Qavrilov iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib. Vilayətin qubernatoru Andrey Boçarov qatil haqqında məlumat verən şəxsə 1 milyon rubl məbləğində mükafat vəd etmişdi.
Teymur Qavrilovun nəşi Gəncəyə gətirilərək dəfn olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [23:48]
ABŞ-də 41 nəfər hantavirusa görə müşahidə altındadır
- 14.05.2026 [23:16]
BMT Suriyaya təcili ərzaq yardımlarını yarıya qədər azaldacaq
- 14.05.2026 [22:48]
İsrail son sutka ərzində Livanda 20 “Hizbullah” yaraqlısını öldürüb
- 14.05.2026 [21:11]
Donald Tramp: Si Cinpin İrana silah göndərməyəcəyinə zəmanət verib
- 14.05.2026 [20:20]
Kiyevdə ən azı 20 nəfər hələ də itkin düşmüş hesab olunur
- 14.05.2026 [19:43]