RUSİYADA UŞAQLARIN ƏN ÇOXU 30 FAİZİ SAĞLAMDIR
Gerasimenko demişdir: “Bu, ölkədə əhalinin ifrat alkoqollaşması, narkotiklərin yayılması və istehlakı nəticəsində baş verir. Hər il alkoqoldan 500-700 min adam ölür”.
O hesab edir ki, uşaqların daha sağlam böyüməsi üçün onlara və yeniyetmələrə yönəldilən reklamı diqqətlə izləmək və sağlam həyat tərzinin təbliğinə daha çox diqqət yetirmək lazımdır.
Gerasimenko demişdir: “Rusiyada doqquz milyon uşaq var, onlardan üç milyonu uşaq evlərində, internatlarda yaşayır, ya da, ümumiyyətlə, sahibsizdir. İndi ölkədə doğumun sayını heç də sadəcə mexaniki surətdə artırmaq lazım deyil. Elə etmək lazımdır ki, uşaqlar arzuolunan olsunlar”.
Dövlət Federal Statistika Xidmətinin məlumatına görə, 2006-cı ilin birinci yarısında Rusiyada 715,4 min uşaq doğulmuşdur ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 6,5 min nəfər azdır. Ölənlərlə doğulanların sayı arasında fərq kimi hesablanan təbii itki 2005-ci ildəki 462,3 min nəfər əvəzinə 415,3 min nəfər təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]