Rusiyada vətəndaşlıqdan məhrumetmə üçün əsaslar genişləndirilir
Bakı, 25 iyun, AZƏRTAC
Rusiya Dövlət Dumasına əldə olunmuş vətəndaşlıqdan məhrumetmə hallarının siyahısının genişləndirilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında məlumat verib.
Layihədə bir sıra hüquq pozuntularına görə vətəndaşlıqdan məhrumetmə təklif olunur. Bu hüquqpozmalara cinsi zorakılıq, düşmənə yardım, terrorizmə açıq çağırışlar daxildir.
Həmçinin siyahıya aşağıdakılar daxil edilib: Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı fəaliyyət göstərən xarici dövlətlərlə və təşkilatlarla məxfi əməkdaşlıq, Rusiyanın üzvü olmadığı beynəlxalq qurumların qərarlarının yerinə yetirilməsinə yardım, eləcə də xarici dövlət orqanlarına kömək göstərmək.
Digər əsaslar arasında nasist simvolikasının təbliği, ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hərəkətlərə açıq çağırışlar, habelə Rusiyanın kritik informasiya infrastrukturuna qanunsuz təsir göstərmək də yer alır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [18:52]