Rusiyada yol qəzasında ölənlərin 14 nəfəri Qırğızıstan vətəndaşıdır
Moskva, 21 avqust, AZƏRTAC
Rusiyanın Ulyanovsk vilayətində sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində həlak olanlardan 14 nəfəri Qırğızıstan vətəndaşıdır.
AZƏRTAC xəbər verir ki, Qırğızıstanın Rusiyadakı səfirliyi məlumatı təsdiqləyib. Səfirliyin konsulluq şöbəsinin əməkdaşları hadisə yerinə gediblər.
Xatırladaq ki, qəza avqustun 21-də gündüz saatlarında “Ural” avtomobil yolunun Nikolayevsk rayonundan keçən hissəsində baş verib. Yük avtomobili qarşı yola çıxaraq “Mercedes” markalı mikroavtobusla toqquşub. Nəticədə, sərnişin avtobusu iki yük maşınının arasında qalaraq əzilib. Mikroavtobusda olan 18 sərnişindən 15 nəfəri və yük maşınının sürücüsü həlak olublar.
Qəzanın yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması, yaxud halının pisləşməsi səbəbindən baş verdiyi bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [14:15]
Əfqanıstanda avtobus qəzası: 2 nəfər ölüb, 51 nəfər yaralanıb
- 08.05.2026 [13:52]
Gələn il dünyada temperatur rekord həddə yüksələ bilər
- 08.05.2026 [13:09]
Fransada X sosial şəbəkə hesabı ilə bağlı məhkəmə istintaqı başlayıb
- 08.05.2026 [11:42]
“Aeroflot” aviareyslərin cədvəlində düzəlişlər edir
Roma Papası XIV Leo Həzrətlərinə
- [12:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
30 ilin dərsi, 30 illik dostluq
- [11:09]