Rusiyalı şahmatçı Sergey Karyakin: Rəqibimi güclü gedişlər etməyə məcbur etdim
Şəmkir, 31 mart, Səxavət Quliyev, AZƏRTAC
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirinin ilk turunda rusiyalı Sergey Karyakin çinli Dinq Lirenlə heç-heçə edib.
AZƏRTAC xəbər verir ki, oyundan sonra şahmatçılar mətbuat konfransında iştirak ediblər.
S.Karyakin qələbə qazanmaq istədiyini, ancaq alınmadığını bildirib: “Rəqibim çox güclü idi. Bir çox məqamlar var idi ki, onlardan istifadə edib qalib gələ bilərdim. Rəqibimi güclü gedişlər etməyə məcbur etdim”.
Şahmatçı qeyd edib ki, bu il onun üçün fərqli olacaq: “Qarşıda güclü turnirlər var. Sonuncu yarışda qalib gələ bilmədiyimə görə, əlimdən gələni edəcəyəm ki, uğur qazanım”.
D.Liren isə oyuna diqqətlə yanaşdığını vurğulayıb: “Görüşdə hər bir gediş önəmli idi. Bacardığım qədər diqqətli oldum. Sonda qarşılaşma heç-heçə yekunlaşdı”.
O, komandalararası dünya çempionatında 3-cü yerə çıxması haqda da danışıb: "Orada bütün komanda üzvləri fərdi oynamağa üstünlük verdilər. Heç kim bir-birinin oyunu ilə maraqlanmadı. Amma bütün komandada yaxşı ab-hava var idi. Ona görə razı qaldım".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]