Rusiyalı telejurnalist Vladimir Poznerin Tbilisiyə səfəri ciddi etirazlara səbəb olub
Tbilisi, 1 aprel, AZƏRTAC
Rusiyanın məşhur telejurnalisti Vladimir Pozner martın 31-də “Airzena” aviaşirkətinin çarter reysi ilə Moskvadan Tbilisiyə gəlib. Onunla birlikdə Tbilisiyə Rusiyanın 50-yə yaxın jurnalisti və şou-biznes nümayəndəsi gəlib.
AZƏRTAC xəbər verir ki, rusiyalı telejurnalistin Tbilisiyə səfəri ciddi etirazlara səbəb olub.
İctimai fəallar və müxalifət nümayəndələri telejurnalistin qaldığı mehmanxana binasının qarşısında aksiya keçirirlər. Əraziyə polis əməkdaşları cəlb olunub.
Aksiya iştirakçıları bəyan ediblər ki, Gürcüstanın ərazi bütövlüyünü tanımayan, etnik gürcü və abxazları təhqir edən bir şəxs təcili ölkədən çıxarılmalıdır.
Bəzi məlumatlara görə, telejurnalist V.Pozner aprelin 1-də doğum gününü Tbilisidə qeyd etmək üçün gəlib.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi gecə saatlarında V.Poznerin səfəri ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, V.Poznerin Tbilisiyə səfəri qanun çərçivəsində reallaşıb. Nə onun, nə də telejurnalisti müşayiət edən nümayəndə heyətinin Gürcüstana səfərində heç bir qanun pozuntusu yoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]